Tibb

Təbabətin əhəmiyyəti

 

Təbabətin əhəmiyyəti

 

Tibb elmi digər bəşəri elmlərin başında durur. Çünki bu elmlər insanın həyatda bütün nemətlərindən istifadə etməsi üçündür. Bu hədəfə isə yalnız cismin və ruhun sağlamlığı ilə  yetişmək olar.

İslamın nəzərində ruhun təbabəti cismin təbabətindən daha dəyərlidir. Cismin təbabəti isə o biri elmlərdən daha qiymətlidir. Peyğəmbər (s)buyurub:   “Elm iki qismdir: ilahiyyat və tibbi elm”. 

 

Təbabət Allaha aiddir

 

Qurani- Kərim İbrahimin (ə) dili ilə nəql edir: “Xəstələndiyim zaman O (Allah) mənə şəfa verir”.  ("Şüəra" surəsi, ayə - 80)

 Bu kəlamdan belə aydın olur ki, həqiqi təbib Allahdır. Bitkilərə müalicəvi xüsusiyyət bəxş edən, bu nizamlı aləmdə hər bir dərd üçün dərman qərar verən və onlara müalicə etmək üsulnu öyrədən Allahın özüdür. Peyğəmbərlər isə Allahın izni ilə ruhi və cismi xəstəlikləri müalicə edərdilər. Əli (ə) Allahın Rəsulunu (s) belə vəsf edir:

“ O bir təbib idi ki, ... lazımi yerə məlhəm qoyur, lazımi yeri dağlayırdı. O, bunları ehtiyac duyulan yerlərə - kor qəlblərə, kar qulaqlara, lal dillərə yetirir, öz dərmanları ilə qəflət yerlərini, heyrət məqamlarını axtarırdı”.

İslamın nəzəriycə həqiqi təbibi Allahdır və dərman  Onun əlindədir. Reyğəmbərlər və təbiblər vasitəçi hesab edilirlər.

 

Əhli- beyt və tibb elmi

 

Peyğəmbər Əhli-beytindən nəql olunmuş hədislərin elmi xüsusiyyətlərinə nəzər yetirdikdə məlum olur ki, həm Allahın Rəsulu (s), həm də imamlar (ə) yalnız tibb elmi ilə yox, bütün elmlərlə tanış olublar. Bu biliklər onlara ilahi ilham yolu ilə verilmişdir. Bu geniş elmin sayəsində Əmirəl-mömimin Əli (ə) dəfələrlə insanlara xitab edərək buyurub: “Məni itirməzdən qabaq məndən soruşun. Mənim sinəm dalğalanan dəniz kimi çoxlu elmlərlə doludur”.

Aydın məsələdir ki, əgər insanlar Əhli-beytin (ə) geniş elminə əhəmiyyət verərək ondan bəhrələnsəydilər və onların elmi əsərlərini dəqiqliklə qoruyub saxlasaydılar, bu gün bəşəriyyət elmin ən müxtəlif sahələrində çox böyük nailiyyətlər əldə edəcəkdilər.

 

Tibb elminin əhəmiyyəti

 

Peyğəmbər (s): “Dörd elm vardır: dinlər üçün fiqh, insanın sağlamlığı üçün tibb, dil üçün nəhv (qrammatika), zamanı bilmək üçün astronomiya”.

 

Göz və onda olan hikmətlər

 

       İmam Əli (ə):  “İnsana təəccüb edin:  piylə (gözlə) baxır, ətlə (dil) danışır, sümüklə (qulaq) eşidir, deşiklə (burun) nəfəs alır."

 

Bəzi göz xəstəliklərtindən qorunma yolları

 

      İmam Sadiq (ə): “Çox asqırmaq insanı beş şeydən qoruyur: cüzamdan, baş və gözə axan pis qoxudan, gözə suyun axmasından, burun damarlarının ağrısından, gözdə tükün bitməsindən. Əəgr az asqırmaq istəyirsənsə, mərzə yağını burnuna tök (2,3qram)”.

 

Bəzi göz xəstəliklərinin müalicəsində faydalı olan vasitələr

 

           İmam Sadiq (ə): “Bənövşə yağı çox yaxşı şeydir. Baş və gözlərdəki dərdləri aradan götürür. O yağdan istifadə edin”.

Peyğəmbər (s): “Ehramda olan şəxs gözü ağrıdıqda “ əzvay” bitkisinin şirəsindən sürtsün”.

 

Gözü nurlandıran və görmə qabiliyyətini artıran vasitələr

 

Heyva:  Peyğəmbər (s): “Heyva yemək gözün qaranlığını aradan qaldırır”.

Xurma:  Peyğəmbər (s): “Bərni xurmasının xüsusiyyətlərini sadalayarkən: Cəbrayıl (ə) mənə xəbər verdi ki, bu xurmada doqquz xüsusiyyət var:... və eşitmə və görmə qabiliyyətlərini artırır”.

Soğan:  Peyğəmbər (s): “Vəba xəstəliyi yayılmış bir şəhərə daxil olsanız, həmin şəhərin soğanından yeyin...!”

Buxur:  Peyğəmbər (s): “Buxurdan istifadə edin! Çünki o, qəlbdəki istiliyi qovur ..., gözü nurlandırır və unutqanlığı aradan qaldırır”.

Ət:  Imam Baqir (ə): “Ət yemək eşitməni, görməni və qüvvəni artırır”.

Mərzə:  Peyğəmbər (s): “Mərzə çox yaxşı bitkidir. O, ərşin dayaqlarının altında bitir, suyu göz dərmanıdır”.

Dişləri təmizləmək :  İmam Sadiq (ə) : “Dişləri təmizləmək gözün sulanmasını aradan qaldırır və onu nurlandırır”.

Yeməkdən əvvəl və sonra əlləri yumaq:  Peyğəmbər (s): “Yeməkdən qabaq əlləri yumaq yoxsulluğu qaldırır. Yeməkdən sonra yumaq isə qəm qüssəni aradan aparır və gözü sağlam edir”.

Saçı qısaltmaq:  İmam Kazim (ə): “Başın tükü uzandıqca göz zəiflıyir və nuru gedir. Tükü qısatldıqda isə göz açılır və onun nuru artır”.

Xına çəkmək :  Peyğəmbər (s): “Xına ilə rənglənin. Çünki o, gözü nurlandırır, tük gətirir, iyi yaxşılaşdırır və qadını rahatlaşdırır”.

Qan almaq:  Peyğəmbər (s) : “Başdan qan almaq yeddi dərdin dərmanıdır: dəlilik, cüzam, ekzema, istəmədən yuxulamaq, diş ağrısı, baş ağrısı, gözlərdəki tor”.

Qurana baxmaq:  Peyğəmbər (s) : “Hər kəs Qurana çox baxarsa dünyada yaşadıqca gözü sağlam olar”.

Gecə namazı:   İmam Sadiq (ə): “Gecə namazı üzü gözəlləşdirir, qəm-qüssəni qaldırır və gözü nurlandırır”.

                                                                       

 Ayətullah Reyşəhri “Tibbi hədislər toplusu”, c.1 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 5986, 

Dostların veb səhifələri

15663282
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3410
8276
11686
15493342
138421
160067
15663282

sizin IP ünvanınız: 18.223.158.29
2024-12-23 12:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!