Yazar Qələmlər

Bəşəriyyətin mənəvi və cismani şəfası Qurandır

 

Bəşəriyyətin mənəvi və cismani şəfası Qurandır

 

Qurani-Kərimdə tibb və təbabət barədə bir çox ayələr vardır. Görəsən, biz Qurandan istifadə etməklə xəstəlikləri müalicə edə bilərikmi? Qurani-Kərim insanı tərbiyələndirən bir kitabdır. Onun hədəfi insanın kamala çatmağa doğru hidayət etmək və bu yolda bəşərin tələbatlarını ödəməkdir. Bu hədəfə çatmaq əsasən bir neçə yolla olur. Bunun da təməlində etiqad (ibadət), əxlaq və əhkam durur. Quran kosmologiya, biologiya, təbabət və s. anlamda deyil, bəlkə də, onun şəni daha uca mənadadır. Buna baxmayaraq, zaman-zaman bəzi elmi məsələrə barədə də Quranda zikr olunur.

Təbabət haqqında bilmək lazımdır ki, müalicə həkimin vasitəsilə yerinə yetirilir, amma şəfa Allahdandır. Bəzən olur ki, müalicə alırlar, amma şəfa tapmırlar. Səfa adətən adi yol ilədir, müalicə isə, həkim, dərman və digər vasitələrlə əmələ gəlir. Allahın şəfa yolu isə ya təbii yollarla olur, ya da mənəviyyatla və qeyri-təbii yollarla olur. Quran fiziki xəstəliklərdən sağalmaq üçün mənəvi bir yoldur. Bu barədə həm Quranın özündə, həm də Əhli-beytin (ə) rəvayət və hədislərində qeyd olunur.

İmam Baqir (ə): “Həmd” və “İxlas” surəsindən başqa bir dərman yoxdur. Bu iki surə hər dərdin dərmanıdır”.

Həmçinin “Məkarimul-əxlaq” kitabında İmam Sadiqdən (ə) nəql edilmişdir: ”Həmd” surəsi yetmiş dəfə oxunduqdan sonra hətta ölü dirilsə də, təəccüblü deyil”.

Bəşəriyyətin mənəvi və cismani şəfası olan Quran buyurur:

 

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ 

“(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!”  (Yunis surəsi, ayə - 57).

 

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا

"Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır."   (İsra surəsi, ayə - 82).

 

ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ

" Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!"   (Nəhl surəsi, ayə - 69).

 

Quran oxumağın fayda və təsirləri

 

  1. Məsum rəhbərlərin fəsahətli kəlmələrinin içərisində Quran qiraəti üçün çoxlu fayda aşkar olunmuşdur ki, onlardan bir hissəsi bunlardır:

Quran tilavətinin böyük mükafatı vardır. Peyğəmbər (s): “Hər kəs Allah rizası və dini dərindən bilmək üçün Quran oxusa, mələklərin, peyğəmbərlərin ona savabı vardır”.

  1. Qarilik dərəcəsi, ali mənsəbi qazanmaq və Behiştin üstünü olmaq

Həfs deyir: “İmam Kazımdan (ə) eşitdik ki, belə buyurur: “(Behişt üstün məqamlarında Quran ayələri yer alır və qari olduğu söylənilir). Oxu və Behiştin mərtəbələrindəki ən üstün məqama get. Kim oxusa, yüksək məqama çatar”.

  1. Quran qarinin ətinə və qanına qarışar.

İmam Sadiq (ə) buyurur: “Hər bir gənc mömin Quran oxusa, Quran onun ətinə və qanına qarışar”.

  1. Ürəyin səfası.

Peyğəmbər (s) buyurur: “Şübhəsiz, bəzi ürəklər dəmir pasdan təmizlənən kimi zərərsizləşdirilər”. Peyğəmbərə (s) ərz olundu: “Zərərləşdirən amil nədir?” Buyurdu: “Quranın qiraəti”.

  1. Dua ilə uyğunluğu

İmam Baqir (ə) buyurur: “Duanı 4 vaxt qənimət say: onlardan biri Quranın qiraət olunduğu vaxtdır”.

  1. Evi nurani edər.

Peyğəmbər (s) buyurur: “Evlərinizi Quran oxumaqla nurani edin”.

  1. Evin ruzisinin artması.

İmam Sadiq (ə) Əlidən (ə) nəql edir: “Quran tilavət olunan və Allah yad olunan evdə onun ruzisi çoxalar. Həmin yerə mələklər gələr və Şeytanlar uzaqlaşdırılar”.

  1. Ən yaxşı ibadət.

Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən yaxşı ibadəti Quran tilavətidir”.

  1. Günahların bağışlanması.

Yaxşılıqların yazılmasına və günahların bağışlanmasına səbəb olur.

  1. Ata-anadan gələn əzabın yüngülləşməsi.

İmam Sadiq (ə) buyurur: “Hər kəs Quran tilavət etsə, onun gözləri işıqlanar və ata-anası kafir olsalar belə, onlardan gələn əzab yüngülləşər”.

  1. İmanı çoxaldar.
  2. Gözləri işıqlandırar.

Peyğəmbər (s): “Gözlərim xəstələnmişdi. Cəbrailə (ə) şikayət etdim”. Dedi: “Qurana fasiləsiz olaraq bax”.

İlahiyyatçı, islamşünas - Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!


 5137, 

Dostların veb səhifələri

15659480
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7884
7422
55027
15456216
134619
160067
15659480

sizin IP ünvanınız: 3.149.24.49
2024-12-22 22:46

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!