Yazar Qələmlər

Televiziya və insan ömrü

 

Televiziya və insan ömrü

 

Televiziya müasir dövrümüzün ən güclü informasiya vasitələrindəndir. Demək olar ki, insanların əksəriyyəti onun vasitəsilə bir çox məlumatlar əldə edirlər. Lakin bunlarla yanaşı, heç bir məna daşımayan, elmi əsasları olmayan sırf əyləncə və baş qarışdırmaq məqsədilə yayımlanan televiziya proqramları var ki, onları seyr etmək yalnız insanın ömrünün hədər getməsinə səbəb olur. Bu kiçik pəncərənin önündə heç bir fəaliyyət göstərmədən yalnız seyr edən minlərcə insan qüvvəsi iflic hala düşür. Təkcə televiziyanı seyr etmək və bununla kifayətlənmək insanların istedadının üzə çıxmasının qarşısını alır. Odur ki, televiziyadan mümkün qədər yalnız maariflənmək məqsədilə istifadə  etməliyik.

Yaşayışı asanlaşdırmaq və ömrü uzatmaq üçün aparılan araşdırmada gündə təxminən 6 saat televiziyaya baxmaqla ömrümüzdən 5 saatın itdiyi bildirilir. Eyni araşdırma göstərir ki, televiziya qarşısında vaxt keçirmək artıq çəki və siqaret çəkmək istəyi yaradır. Təxminən 25 yaşlı 11 nəfər üzərində aparılan tədqiqatda TV izləməklə yaşayış arasındakı əlaqə öyrənilib. «Medcine Sports» jurnalında nəşr olunan sınaqlarda televiziya izləməyin ömürdən vaxt oğurlaması ilə bərabər, hərəkətsizlik və artıq çəki təhlükəsi yaratdığı da vurğulanıb.

Həmin araşdırmada siqaretin nə qədər vaxt oğurladığı da hesablanıb. Bir siqaret həyatda 11 dəqiqə oğurlayır ki, bu da televiziya izləməyin yarısı deməkdir.

Hər kəs böyük əmək nəticəsində və yüksək qiymətlərlə əldə edilən nemətin qədrini bilir. Lakin heç bir məbləğ ödəmədən dünyaya gəldiyimiz andan etibarən sahib olduğumuz nemətlər dünyada olan hər şeydən üstün olmalarına baxmayaraq, hansı səbəbdənsə lazım olan diqqəti almır. Belə nemətləri israf etməklə sanki bir-birimizlə yarışırıq.

Orta hesabla gün ərzində televizora 3 saat ayırsaq, ilk baxışdan insana bir o qədər də qorxulu gəlmir. Lakin günlər damla-damla həftə olur, ay, il və nəhayət bir ömür olub bitir. Başqa hesablamalara əsasən, əgər televizora gündə 3 saat vaxt ayırsaq və il ərzində sərf olunan vaxtı hesablasaq, 1095 saata bərabər olar. Buda gecəli-gündüzlü 45 gün deməkdir. Yəni televizor qarşısında keçən 45 gün, 45 gecə. Yerdə qalanlar isə seriyalların, boş danışıqların, bir sıra günahların payına düşür. Mümkündür bunların arasında az da olsa faydalı məlumat ola bilər. Lakin hər halda bunun qiyməti də 1095 saatlıq insan həyatı deyildir.

Bu rəqəm bir tələbənin bütün tədris ili boyunca keçdiyi dərs saatlarının yekunundan da çoxdur. Deməli ortada itirilmiş ən azı bir tədris ili vardır.

1095 saat ərzində bir xarici dili ən yaxşı səviyyədə öyrənmək mümkündür. Deməli televizor səbəbilə biz hər il bir xarici dili itiririk.

Kitab oxumağa üstünlük versək, bu müddət ərzində 25000 səhifəlik bir kitab oxuya bilərik. Quran oxusaq 1095 saat ərzində 10 dəfə Quranı bütöv oxuyarıq.

İblis dedi: «Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara (sənə itaət etmələrinə) mane olacağam. Sonra onların qarşılarından, arxalarından, sağ və sol tərəflərindən keçəcəyəm. Sən onların əksəriyyətini şükr edən görməyəcəksən» («Əraf» surəsi, ayə 16-17).

Ayəyə əsasən bizə Allahı unutdurmaq şeytanın məqsədidir.

Əgər bu hesablar uzun və qarışıq gəlirsə, televizorun yalnız bir azan vaxtında olan dəyəri haqqında düşünün. Bu yer üzündə Kəbəyə yönələrək sıra ilə düzülmüş yüz milyonlarla müsəlmanlarla dua etmək və onlarla birlikdə amin demək fürsətini əldən vermək deməkdir. Yalnız bir namaz vaxtında olan bu itkini dünyada nə əvəz edə bilər?

Unutmayaq ki, Qiyamət aləmində barəsində sorğu-sual olunan məsələlərdən biri də bizə verilən dünyadakı vaxtlarımızdır.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5184, 

Dostların veb səhifələri

15659111
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7515
7422
54658
15456216
134250
160067
15659111

sizin IP ünvanınız: 18.118.28.160
2024-12-22 22:08

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!