Yazar Qələmlər

Sağlam olmaq üçün oruc tutun!

 

Sağlam olmaq üçün oruc tutun!

 

Əziz oxucular! Bilin ki, oruc sadəcə bir ibadət deyil. O, həm də bir çox xəstəliklərin sağalmasında dərman və şəfa qaynağıdır. Oruc eyni zamanda bədən hüceyrələrinin yenilənməsi və bədənin yenidən aktivləşdiricisidir. Xülasə oruc bütün həyatımızın yenilənməsi deməkdir. Əgər orucun faydalarını dərk etsək, o zaman onun dadını da hiss etmiş olacağıq.

Allah-taala buyurmuşdur: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!» (Bəqərə, 183)

Peyğəmbər (s) buyurmuşdur: «Mədə bütün xəstəliklərin mərkəzi, oruc tutmaq isə onların ən yaxşı dərmanıdır» («Biharul-ənvar», c.62, səh.290).

Alimlər bədənə daxil olan toksinlərə qarşı ən faydalı müalicənin oruc olduğunu vurğulamışlar. Çünki oruc hüceyrələri mikrob və yığılan toksinlərdən xilas edir. Allahın Rəsulu (s) çox gözəl buyurmuşdur: «Oruc bir qalxandır (yəni qoruyucudur)». Həqiqətən də, belədir. Orucun hüceyrələrə canlılıq qazandırması və bədəni bir çox xroniki xəstəliklərdən xilas etməsi artıq isbat olunmuş bir həqiqətdir.

Həkimlər təyin etmişlər ki, oruc tutmaq insanın sinir sistemini böyük ölçüdə işlədib hərəkətə gətirir. Oruc tutma nəticəsində bədənin bütün xəstəliklərə qarşı müqaviməti artır. Xarici mühitdən gələn virus və zərərli bakteriyalara qarşı müqavimət göstərərək bədəni qoruyur. Oruc həqiqi mənada bədənin müdafiə olunmasına kömək edən möhkəm bir silahdır. Bu cür də deyilə bilər ki, oruc tutmaq dərman və müalicə üsullarının tacıdır.

Tibb bu həqiqəti də vurğulamaqdadır. Oruc insan ömrünü uzadan əsas səbəbdir. Müsəlman olmayan bəzi yazarlar tərəfindən qələmə alınan kitablarda bu həqiqət dilə gətirilmişdir: «Davamlı olaraq oruc tutanlar oruc tutmayanlara nisbətən çox yaşayırlar».

Aparılan elmi araşdırmalara əsasən, oruc tutan şəxslər üçün ən yaxşı qida xurmadır. Çünki xurma, içərisində bədənin ehtiyacı olan şəkər və digər vitaminlərlə zəngindir. Ona görə də Peyğəmbər (s) belə buyurur: «Hər biriniz iftarı xurma ilə açın, çünki xurma bərəkətdir. Əgər xurma tapmasa, o zaman su ilə açın. Çünki su təmizlikdir».

Aparılan araşdırmalara görə, siqareti atmağın ən uyğun zamanı Ramazan ayıdır. Çünki oruc siqaret çəkmək nəticəsində  yaranan toksinlərdən bədən hüceyrələrini təmizləyir. Elə buna görə də Ramazan ayı siqaret aludəçilərinin siqareti atmaqlarına kömək olur. Bu isə göstərilən şərtlər sayəsində mümkündür: «Allaha səmimi bir qəlb ilə dua edərək siqaretin yalnış və faydasız bir şey olduğunu, eyni zamanda siqaret çəkməyin haram olub gec gələn bir intihar sayıldığını bilmək lazımdır». Müsəlman olmayan şəxslərin siqareti atmaq üçün oruc tutmağı müalicə üsulu olaraq istifadə etdiklərini söyləsək, bəlkə də, təəccüblənəcəksiniz.

Elm adamları XXI əsrin böyük problemi olan hədsiz piylənmənin müalicəsi üçün yeni bir metod düşünmüşlər. Bu üslub da orucdur. Çünki oruc artıq yağları əritməkdə və yaşlı hüceyrələri məhv etməkdə böyük rol oynayır. Başqa bir tərəfdən hormonların nizamla işləməsini formalaşdıraraq bədənin sağlamlığına kömək edir. Bunun da başında məsrəfsiz bir müalicə növü olan oruc durur. Həmin səbəbdən də tibb bu həqiqəti dilə gətirir: «Artıq kilonu müalicə etməyin ən asan yolu orucdur».

Elm adamları orucun beynin enerjisini artırdığını vurğulayaraq, qeyri-adi bir təsirə malik olduğunu irəli sürmüşlər. Oruc insanın anlama, qavrama qabiliyyətini gücləndirdiyi kimi, bənzərsiz, yeni qabiliyyətlər də ortaya çıxarmaq gücünə sahibdir.

Beyin hüceyrələrinin aktiv bir şəkildə işləməsi onun daxilində olan proqramlaşdırma qabiliyyətini yeniləyir, gücünü artırır. Elə bu səbəblərdəndir ki, Allah oruc barəsində (Bəqərə, 184-də) buyurmuşdur.

Tibb bu həqiqəti isbatlamışdır ki, oruc bədən hüceyrələrinin proqramlaşmasını formatlayaraq yeniləyir. Araşdırmaçılar oruc tutan şəxslərin bədən çalışma sistemindəki fərqli və köklü dəyişikliklərin meydana gəldiyini müşahidə etmişlər. Bu dəyişikliklər eyni zamanda həm fiziki, həm də psixoloji tərəflərini özündə saxlamaqdadır. Ona görə də oruc hüceyrələri aktivləşdirib fəaliyyətə salır. Daimi tutulan oruc sayəsində xərçəngə yol açan hüceyrələrin böyüməsi dayanır.

Uzunmüddətli oruc tutmaq bədənin fəaliyyətini gözəlləşdirir, enerjisini artırır və beləliklə də, xərçəngə tutulma riskini azaldır.

Rus alimi Aleksey Saforen demişdir: «Oruc tutmaq bir çox xəstəliklərin, o cümlədən qan azlığı, bağırsaqlardakı nasazlıq, uzun sürən və bəsit iltihab, daxili və xarici şiş və çiban, vərəm, skeleroz, revmatizm, göz, dəri, böyrək, ciyər habelə digər xəstəliklərin müalicə olunmasında son dərəcədə müsbət təsirə malikdir. Oruc vasitəsilə müalicə olunmaq heç də sadalanan xəstəliklərlə bitmir. O, həm də insan orqanizminin birinci dərəcəli üzv və toxumaları ilə qarışan xərçəng, siflis, vərəm, taun və bu kimi digər xəstəlikləri də müalicə edir».

Peyğəmbər (s) buyurmuşdur: «Sağlam olmaq üçün oruc tutun!» («Biharul-ənvar, c.96, səh.255)

 

İlahiyyatçı, islamşünas - Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5387, 

Dostların veb səhifələri

15659179
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7583
7422
54726
15456216
134318
160067
15659179

sizin IP ünvanınız: 52.14.223.136
2024-12-22 22:16

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!