Yazar Qələmlər

AND İÇMƏK OLAR? AND İÇMƏYİN HÖKMLƏRİ

 

AND İÇMƏK OLAR?

AND İÇMƏYİN HÖKMLƏRİ

 

Ümumiyyətlə iki şeyin müqabilində and içilir.

Biri- bir şeyi edəcəyinə (məs: and içir ki oruc tutacaq), biri də bir şeyi tərk edəcəyinə (məs: and içir ki daha siqaret çəkməyəcək).

Bilərərkdən bu andlara əməl etməsə, kəffarə verməlidir. Yəni bir qul azad etməli, ya on kasıbı doyurmalı, ya da onları geyimlə təmin etməlidir. Əgər bunları edə bilməsə, üç gün oruc tutmalıdır. Bir şərtlə ki, oruc günləri ardıcıl olmalıdır.

Əgər yenidən andını pozarsa, ininci dəfə kəffarə verməsi vacib deyil.

Yalan and içmək, böyük günahdır.

And içən şəxsin şərtləri:

1) Həddi buluğ (yetkinlik yaşına çatmalıdır.Qızlarda 9, oğlanlarda 15 yaş).

2) Ağıl sahibi olmalıdır.

3) İxtiyar sahibi olsun.

4) Halal and olsun.

Deməli uşağın, dəlinin, məstin, and içməyə məcbur olan şəxsin, haramı edəcəyinə, vacibi əməli etməyəcəyinə və əsəbləşən halda (and içmək) fikri olmadan ixtiyarsız olaraq and içsə, düzgün deyil.

5) Andı dili ilə deməlidir. Yazsa yaxud qəlbində desə, düzgün deyil. Lal adamın isə, işarəsi kifayətdir.

6) Anda əməl etmək onun üçün mümkün olsun.

Əgər andına vaxt təyin edə və o anda əməl etmək mümkün olsa, gərək andına əməl etsin. Amma andına əməl etmək mümkün olmasa istər and içdiyi vaxt başa çatsın ya çatmasın, bu and pozulur. Yəni vacib deyil o andı yerinə yetirsin.

7) Ata övladının, ər arvadının andlarına etirazını bildirsə, and düzgün deyil.

8) Unutqanlıq ya çarəsizlik üzündən andına əməl edə bilməsə, kəffarə verməsi vacib deyil.

9) Əgər ona xeyirli olan dərmanı qəbul etməyəcəyinə və bəzi qohumları ilə

əlaqəni kəsəcəyinə and içsə, andı düzgün deyil.

 

Allah and içib? Allah nələrə and içib? Allah nəyə görə and içir?

Bəli, Qurani-Kərimin bir çox ayələrində Allahın and icdiyini görürük. Allahın andı bir neçə məsələ barəsindədir.

Allahın andları iki məqsədə görədir:

1) And içilənin əhəmiyyətli olması.

2) And içilənin sifətinində əhəmiyyətli olması.

Məs: Allah günəşə and içir birdə onun saçdığı nura. Yəni həm günəşin özü həm

də saçdığı nur, bəşər üçün əhəmiyyətlidir.

Allah dörd növ and içir:

1) Öz zatına.

“And olsun sənin Allahına onları və şeytanların hamısını dirildib, sonra dizi üstə çökmüş halda cəhənnəmin ətrafına düzəcəyik” (Məryəm sur. ayə 68)

2) Öz yaratdıqlarına.

Məkkə şəhəri, Quran, asiman, yer, günəş, ay, ulduz, gecə, gündüz, səhər, əsr vaxtı, qiyamət günü, dan yeri, dağ, ata, övlad, nəfs, mələklər, külək, bulud, gəmi, əncir, zeytun, qaçan atlar və s...

3) Öz əməlinə.

“ And olsun göyə və onu yaradana. And olsun yerə və onu döşəyənə”

(Əşşəms sur. ayə 5 – 6)

4) Peyğəmbərin canına.

“ Peyğəmbər canına and olsun, onlar küfürləri içində sərgərdan vəziyyətdə

qaldılar” (Əlhicr sur. ayə - 72)

Allah yeddi yerdə öz zatına and içir. Bu an möminlər qorxarlar.

1) Allaha böhtan atılan zaman.

“ And olsun Allaha, mələkləri mənim qızlarım bilənlər bu böhtan müqabilində onları sorğu – suala çəkəcəyəm. (Ənnəhl sur. ayə 56)

2) İnsanlar Allah hakimiyyətini deyil, şeytan hakimiyyətini qəbul edən zaman. “Allah ona iman gətirənlərin dostudur. Onları zülmətdən çıxarıb, işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (Şeytanlar). O kafirləri nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar” (Əlbəqərə sur. ayə 257)

3) İnsanlar peyğəmbərin rəhbərliyini qəbul etməyəndə. “Peyğəmbər, möminlərə onların özlərindən daha yaxındır. Allah və peyğəmbəri bir işi hökm etdiyi zaman heç

bir mömin kişi və qadına başqa bir yol seçmək yaraşmaz. Allah və peyğəmbərinə asi olan kəs, şübhəsiz ki açıq aydın azmışdır ”

(Ələhzab sur. ayə 6 – 36)

4) Məad qəbul edilməyəndə.

“Öləndən sonra necə dirilə bilərik? And olsun sənin Allahına onları və şeytanların hamısını dirildib, sonra dizi üstə çökmüş halda cəhənnəmin ətrafına düzəcəyik” (Məryəm sur. ayə 68)

5) Məad barəsində səhv düşünəndə.

“ Onlar özlərini cənnət əhli düşündülər. Heç də elə deyil. And olsun məşriqlərin və məğriblərin rəbbinə, biz qadirik onları yox edib əvəzinə yaxşılarını gətirməkdə” (Əlməaric sur. ayə 38 – 39 – 40 – 41)

6) İnsanları qiyamətdə danışdıracağına.

“ And olsun Allahına onların dünyada etdikləri əməllər qarşısında, qiyamətdə sorğu – suala çəkəcəyik” (Əlhicr sur. ayə 92 – 93)

7) Ruzi verəcəyinə.

“ Ğöydə də sizin ruziniz var. And olsun yerin göyün rəbbinə sizin danışığınızda təəccüblü bir şey olmadığı kimi, sizin ruzilərinizin verilməsində təəccüblu bir şey yoxdur ” ( Bu Allaha çox asan bir işdir)

(Əzzariyat sur. ayə 22 – 23)

Allah dağa niyə and icir?

Adi şeylərə deyil, mühüm məsələlərə and içilər. Bildiyimiz kimi Quran dünyəvi, elmi və müasir bir kitabdır. On dörd əsr bundan öncə nazil olan ayələrin xüsusən elmi ayələrin qarşısında, dünya alimləri təəccüb edir və Quranın müqəddəsliyini iqrar edirlər. Dinindən və millətindən aslı olmayaraq dünya alimləri Quranın ən azı üç üstünlüyə malik olmasını qeyd ediblər. Quranın qeyri adi avaza malik olması, Quranın keçmiş, indiki və gələcəkdən xəbər verməsi, Quranın dünyəvi elmlərlə uyğun gəlməsi. Elə bir elm sahəsi yoxdur ki, Quranda o elm barədə ayə olmasın. Kimya, Fizika, Tibb, Cəbr, Bioloğiya, Çoğrafiya və s.... elmləri haqqında Quranda ayələrin olmasını dəfələrlə oxumuşuq. Təəccüblü məsələlərdən biridə budur ki, on dörd əsr bundan öncə deyilmiş elmi ayələri dünya alimləri bu yaxın zamanlarda kəşf etdilər. Amma zaman olub ki, deyərdilər: Quran oxumayın! Çün ki o, insanı savadsızlıqa aparır. Hər bir insanın barmaqlarının xətlərinin müxtəlif olması, dünyanın üçdə bir hissəsinin quru olması, zaman ötdükcə nəqliyyat növlərinin yenilənməsi, göyün yeddi qatdan ibarət olması, övladın altı aya doğula bilməsinin mümkünlüyü, heç bir maneə olmadan iki suyun biri-birinə qarışmaması və s.. . Bunların hamısı alimlərin kəşfindən on dörd əsr öncə Quranda deyilib. Quranda Allah öz zatına, peyğəmbərin canına, yaratdıqlarına və cisimlərə and içməsini görmüşük. And içdiyi cisimlərdən biridə, dağdır. Quranda dağlar barəsində tək və cəm halda qırxdan çox ayələr mövcuddur. Bəzisinə işarə edək:

1) ” Yerdə möhkəm dağlar yerləşdirdik" (Əlhicr sur. ayə 19)

2) ”Dağlar bulud kimi hərəkətdədir” (Ənnəml sur. ayə 88)

3) ”Yer üzünün titrəməməsi və möhkəmliyi üçün, dağlar yaratdıq” (Ənnəhl -15)

4) ”Qiyamət günü dağlar ovxalanıb, göyə sovrulacaq” (Taha sur. ayə 105 – 107)

5) “Qiyamət günü dağlar didilmiş yun kimi olacaq” (Əlqariə sur. ayə 5)

Qədimdə ateistlət Allahın inkar etdikləri üçün, onun yaratdıqlarını da əbəs bir şey bilirdilər. Dağ barəsində deyərdilər ki, bunun olmasının heç bir lüzumu yoxdur. Yer səthi dağsız da keçinər. Amma zaman keçdi dedilər ki, çayların təmiz və şəffaf olması, mənbəəsini dağlardan götürməsinə görədir. Hətta dağ yalnız yer səthindəki yüksəkliklər ünvanında qəbul edilirdi. Amma zaman keçdikcə dağın 10 – 15 misli qədər də yerin altında olmasını kəşf etdilər. Dağlar bu xüsusiyyətləri ilə sanki çadırı yerə möhkəm – möhkəm bərkidən bir mismarın və ya dirəyin funksiyasına oxşayan bir rolu ifa edirlər. Məsələn: Zirvəsi yerdən 9 km yuxarıda olan Comolunqma (Everest) dağının 125 km – dən çox kökü var. Mövzumuz dağın funksiyası olmadığı üçün, mövzunu çox uzatmayaq. Tur dağ deməkdir. Tur surəsinin 1-ci ayəsində Allah

buyurur: “And olsun dağa”. Əvvəla Allah hansı dağa and içir? Burada İslam alimlərinin fərqli fikirləri vardır. 1) Bəziləri, Musa peyğəmbərin Allahla danışdığı dağa and içdiyini deyirlər. 2)Bəziləri, Allahın yalnız böyük dağlara and içdiyini deyirlər. 3)Bəziləri, hündürlüyündən aslı olmayaraq Allahın hər bir dağa and içdiyini deyirlər. Qeyd edək ki, Coğrafiya elminə əsasən hündürlüyü dəniz səviyyəsindən 200 m- dən çox olana dağ deyilir. Yəni hündürlüyü 200 m – dən az olana, dağ demirlər. Bəs Allah niyə and içir? Məgər and içməsə biz qəbul etməyəcəyik? Düz danışan insan and içməsə belə, düzgün insan olduğu üçün biz onun hər sözünü qəbul edəcəyik. Deməli Allah and içməsə belə, biz qəbul edəcəyik. Fəsahət və Bəlağət (Ritorika) elmində belə bir qanun var. Danışan şəxs dinləyicilərin onun sözünü eşidib və qəbul etmələri üçün, and içər. Üstəlik, həmin məsələnin yəni and içilənin (dağ, ulduz, ay və s...) mühüm və əhmiyyətli olmasına bir işarə və təkiddir. Sanki Allah, “onların qədrini bilin. Onlar bir nemətdir ” deyir. Hər bir ayənin olduğu kimi bu ayənində batini mənası var. Zahirdə Allah dağın möhkəmliyinə, yerin dirəyi olmasına və s... and içir. Ayənin batini mənası “Zamanın rəhbəri deməkdir ”. Necə ki dağ olmasa yer kürəsi məhv olar, eləcədə bir anlıq yer üzərində ilahı rəhbər olmasa, yer parça – parça olar. Bütün aləm bir – birinə dəyər. Tarix boyu elə bir an və zaman olmayıb ki, o dövürdə insanlar olsun amma ilahi rəhbər olmasın. Bu mümkün deyil və heç vaxtda yer kürəsi höccətsiz yəni ilahi rəhbərsiz qalmayıb. Bu etiqada dəlil ən azından hələ bu ayədir. İndi 21 – ci əsrdə yaşayırıq. Həyat davam edir. Həyatın davam etməsi, bizim yaşamağımıza səbəb, biz deyilik. Allahın rəhbəri olmasa yer məhv olar. Amma dünya fəaliyyətdədir. Deməli ilahi rəhbər var. Biz o rəhbərə yaşadığımız üçün, borcluyuq. Millətindən və dinindən aslı olmayaraq, hamı dünyanı xilas edən şəxsin yolunu həstətlə gözləyir. Hər bir xalqda o şəxsə müəyyən bir ad təyin edir. Hindlilərin məşhur və müqəddəs “ Did ” kitabına əsasən, ona Mənsur deyərlər. Zərdüştlərin məşhur ” Zənd ” və “ Camesəbnamə ” kitabında, hətta İncil, Tövrat və Zəburda o şəxs barədə məlumatlar verilib. Hətta bir neçə Quran ayələri, İmam Məhdi (ə.f) barəsindədir. Hal – hazırda on iknci İmamımız qeyb aləmindədir. Qeyb aləminə iman, islamın şərtlərindən və təqvalı bəndələrin xüssusiyyətlərindəndir. (Əlbəqərə 2 – 3). Allah buyurur: “Yer üzərində bir anlıq olmuş olsun belə höccət və rəhbər olmasa, mən o aləmi məhv edərəm ”. (Usul Kafi. Höccətə ehtiyac babı. Hedis – 1. seh. – 168).Hud surəsinin 21 – ci ayəsinin izahına əsasən, “ Ziyana uğrayanları, İmam Zaman (ə.f) barəsində şəkk edənlər ” adı ilə məna ediblər. (Yənabiul – məvəddət kitabı. səh. – 428). Allaha and veririk öz and içdiklərinə, bizi İmamımızı tanımadan bu dünyadan aparmasın. Amin.

Sual: Allahdan başqasına and içə bilərik?

Cavab: Bəli.

Tovhid və Şirkin nə olduğunu Quran ayələri və Peyğəmbərin həyat tərzində axtarmaq lazımdır. Çünki Quran ayələri və Peyğəmbər davranışı batil və haqqın tanınması üçün dəyərli meyardır. Bildiyimizi kimi dini məsələlərə şəxsi fikir yönəltmək, qəti qadağandır. İslam dininin inkişafına mane olan amillərdən biri də, məhz budur. İslamı qəbul etmək istəyən və yaxud dini suala cavab tapmaq istəyən şəxsə hər birimiz öz fikrimizi bildirsək, vəziyyətin nə ilə nəticələnəcəyi acınacaqlıdır. Ya dindən qaçar yada dində ümumi bir qanunun olmamasını anlayacaq. Hətta Peyğəmbərimiz özündən heç bir şey deməzdi. “Onun dediyi yalnız ona vəhy etdiyimizdir” (Ənnəcm sur. ayə 3 – 4).

Bizdə Peyğəmbər yolunun davamçıları olaraq, Peyğəmbər etmədiyini deyil, Peyğəmbər etdiyini edərək Qurana müraciət edək. Əvvəlki məqalələrdə deyildiyi kimi, Allah Quranda öz zatına, Peyğəmbərin canına, yaratdıqlarına və öz əməlinə and içir.

Əgər Allahdan başqasına and içmək düzgün olmasaydı və şirk sayılsaydı, Quran bu işi görərdi? Əlbətdə ki Xeyr. Əgər bu növ and içmələr yalnız Allaha məxsus olsaydı, bu məsələ Quran ayələrində mütləq xatırlanmalı idi ki, biz Allahdan başqasına and içərək səhvə yol verməyək.

Tarixə nəzər salaq.

1) Peyğəmbərimiz insanları yaxşılığa dəvət və pislikdən çəkindirmək haqqında belə buyurur: “ Canıma and olsun, mən sakit olmaqdansa bu işləri edərəm ” (Müsnədi Əhməd 5 – ci cild. Səh – 224, 225)

2) Bir nəfər Peyğəmbərdən hansı sədəqənin mükafatı daha çoxdur deyə, sual soruşur: Peyğəmbər buyurur: “ Atana and olsun, kasıblıqdan qorxaraq yaşamağa ümüdün olan halda sədəqə versən ” (Səhihi Müslüm 3 – cü cüz. Səh – 92, 94)

3) İmam Əli (ə) buyurur: “ And olsun canıma, məndən sonra azğınlığınınz daha da artacaqdır ” (Nəhcül bəlağə 161 – ci xütbə) (Mühəmməd Əbduhun yazdığı Nəhcül bəlağə. 168, 182, 187 – ci xütbələrinə və 6 – cı 54 – cü məktublara baxa bilərsiz)

Bu qədər açıq – aşkar ayə və tarixi sübutları kənara qoyub, təəssübkeşliyə inad etmək nə qədər imanla uyğun gəlir? Allah bizi imanla yaşadıb, imanlada dünyadan aparsın. Amin.

 

                                                  

Hazırladı: Muhəmməd Nicat

İlahiyyatçı, islamşünas, aykido müəllimi 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR



 6260, 

Dostların veb səhifələri

15657156
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5560
7422
52703
15456216
132295
160067
15657156

sizin IP ünvanınız: 3.147.49.19
2024-12-22 17:32

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!