Yazar Qələmlər

Fələstinə azadlıq

 
(0 votes)

                                                                                                                    Fələstinə azadlıq

“Niyə dünya ölkələri bu problemi həll edə biləcək bir plan təqdim etməyiblər və ya plan təqdim olunduğu təqdirdə nəticə almamışlar? Fakt budur ki, Fələstin məsələsi son yetmiş ilin ən qədim və ən mürəkkəb qlobal böhranıdır. Lakin dünya ictimaiyyəti bu məsələyə arxa çevirib.” İnterAz xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat Xidməti məqalə dərc edib. Beynəlxalq Qüds günü ilə bağlı dərc edilmiş bu məqalədə deyilir: “Hər il Ramazan ayının son günləri İran İslam Respublikasının mərhum ali lideri İmam Xomeyni tərəfindən əsası qoyulan Beynəlxalq Qüds Günü qeyd olunur, çünki, bugün Fələstinlilərin torpaqlarının və vətəninin haqsız və qəddar işğalının acı tarixini dilə gətirmək baxımından vacib bir gündür. 1948-ci ildən evlərindən qovulan və 70 ildən artıq müddətdə hüquqları uğrunda mübarizə aparan xalqlar, bu yolda rəşadətli gəncliyindən minlərlə şəhid qurban vermişlər. Heç indiyə qədər özünüzdən soruşmusunuzmu ki, bu işğalın qanuni hekayəsi nə olub və beynəlxalq təşkilatlar buna nə cavab tapıblar? Bu qəsb və işğal nə vaxta qədər davam etməlidir? Necə olur ki, beynəlxalq təşkilatlar indiyə qədər bu məsələnin həlli üçün bir yol tapmayıblar? Niyə dünya ölkələri bu problemi həll edə biləcək bir plan təqdim etməyiblər və ya plan təqdim olunduğu təqdirdə nəticə almamışlar? Fakt budur ki, Fələstin məsələsi son yetmiş ilin ən qədim və ən mürəkkəb qlobal böhranıdır. Sionist rejimin genişlənmə siyasətinin, qeyri-qanuni və qeyri-insani hərəkətlərinin davam etməsi nəticəsində məzlum Fələstin xalqı təbii hüquqlarından məhrum edildi və yaşayış şərtləri gündən-günə pisləşdi. Bu siyasət və hərəkətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərini və beynəlxalq hüquq qanunlarını, xüsusən beynəlxalq humanitar hüququ və insan hüquqlarını pozur. Beynəlxalq ictimaiyyətin Fələstin məsələsini həll etmək üçün ciddi praktik addımlar ata bilməməsi səbəbindən getdikcə sistematik bir proses yaşandı. Fələstin xalqı, öz hüquqlarını, xüsusən öz müqəddəratını təyin etmək və qanuni müdafiə hüquqlarını həyata keçirmək üçün torpaqlarının qanunsuz işğalına mübarizə aparmış və müxtəlif formalarda diqqətəlayiq və dəyərli səylər göstərmişdir. Lakin Fələstin məsələsi tarixi həqiqətlərə və köklərə uyğun hərtərəfli və praktik bir təşəbbüs və ya plan olmadığından həll olunmamış qalmışdır. Fələstin torpaqlarının davamlı işğalı və bu torpaqdakı insanların didərgin düşməsinin fəlakətli nəticələrini və məzlum Fələstin xalqı üçün mövcud çətin vəziyyəti və nəticədə regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdidləri həmçinin təklif olunan planların Fələstin məsələsi üçün effektivliyinin olmamasını nəzərə alınaraq, İran İslam Respublikası inanır ki, mümkün olan yeganə həll yolu müsəlmanlar, xristianlar, yəhudilər və onların övladları da daxil olmaqla bütün fələstinlilərin iştirakı ilə milli referendum keçirilməsidir. Ona görə də İran 2019-cu ildə "Fələstində Milli Referendum" adlı planını Birləşmiş Millətlər Təşkilatına təqdim etmişdir. Planda referendumun tarixi faktlar, demokratiya və İnsan Haqları Ümumdünya Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit edilmiş əsas və toxunulmaz hüquqlar prinsiplərinə uyğun olaraq aparılmalı olduğu vurğulanmışdır. Belə bir referendum Fələstin məsələsinin həlli üçün möhkəm əsas ola bilər. Planın bir hissəsində Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun, işğal olunmuş Fələstin torpaqlarında Sionist rejimin elanı əsnasında və ya ondan sonrakı dövrdə həyata keçirilmədiyi bildirilir. Mülki və Siyasi Hüquqlar Müqaviləsinin 1-ci maddəsinə və İqtisadi, Sosial və Mədəni Hüquqlar Müqaviləsinə əsasən, bütün insanların öz siyasi müqəddəratlarını təyin etmə hüququ vardır. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Yerli xalqların öz müqəddəratlarını təyinetmə hüququ bəyannaməsinin 1-ci və 3-cü maddələrinə görə, bir ölkənin yerli xalqları bu hüquqa tam sahibidirlər. Beynəlxalq Ədalət Məhkəməsi, 9 İyul 2004-cü il tarixli "İşğal olunmuş Fələstin Bölgələrində divar inşa edilməsinin hüquqi nəticələri" ilə bağlı məsləhətçi rəyində, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna və Sionist rejimin ona hörmət və riayət etmə öhdəliklərinə hörmətlə yanaşmağın zəruriliyi açıq şəkildə vurğulanır. Bir ölkənin yerli xalqlarının öz müqəddəratlarını təyinetmə hüququnun icrasının zəruriliyi, Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəylərində oxşar başqa bir işdə də yaxşı göstərilmişdir. Məhkəmənin məsləhətçi rəylərinə görə, yerli xalqın öz müqəddəratlarını təyinetmə hüququna riayət etmək torpaqların ayrılmasına cəhddə vacib və zəruri bir işdir, yerli xalqın rəyi olmadan baş verən torpaqların ayrılması etibarsız və digər ölkələr də bu kimi işdən çəkinməlidirlər. BMT Baş Assambleyasının 194 (1948) saylı Fələstinli qaçqınların öz vətənlərinə qayıtmaq haqqındakı "A / RES 194 (III)" qərarına əsasən, plan bütün həqiqi fələstinliləri əhatə edir. Buna görə ədalətli və əhatəli bir referendumun keçirilməsi millətlərin öz müqəddəratını təyinetmə hüququna çatması üçün ən əsas mexanizmdir. İranın BMT-yə təqdim etdiyi referendum planı dörd mərhələdən ibarət idi: 1 Fələstinli qaçqınların tarixi vətənlərinə qayıtmaq hüququnun tətbiqi; 2 Balfour Bəyannaməsindən əvvəl Fələstində yaşayan Fələstin xalqı arasında milli bir referendum keçirilməsi. Bu, siyasi sistemin taleyini və növünü təyin etmək üçün bütün dinlərin ardıcıllarını əhatə edir; 3 Fələstin xalqının əksəriyyətinin istədiyi siyasi sistemin formalaşması; 4 Yerli olmayan Fələstinlilərin statusunun seçilmiş siyasi sistem tərəfindən verilməsi. Ancaq bu plan Qərb ölkələri, xüsusən də Qüdsdəki işğalçı rejimin himayəçiləri tərəfindən qəbul edilmədi və bu problem fələstinlilərin can və ruhlarını hər gün dünənkindən daha həssas hala gətirdi. Bu, müasir dünyada beynəlxalq qaydaların gücə tabe olmağa davam etdiyini göstərir. Bunlar haqsız hədəflərini cəmiyyətlərin üzərinə yükləməyə çalışan zalım ölkələrdir. ABŞ-ın bu problemi həll etmək barədə düşünmədiyini deyil, daha zülmkar planlar təqdim edərək bəzi müsəlman dövlətlərini işğalçı rejimlə daha çox əlaqələr qurmağa sövq etməsini gördükdə bu daha da acı olur. Nəhayət, Amerika əsrin müqaviləsi planını təqdim etdi ki, bu dəfə Fələstinlilərin əsl kimliyi bəzi müsəlman ölkələri vasitəsi ilə aradan qaldırılır.Əlbəttə ki, Fələstin xalqının müqavimət və fədakarlıq ruhu göstərdi ki, onlar müqəddəs hədəflərini həyata keçirməkdə ciddidirlər və siyasi heysiyyət və abırları mövzusunda bazarlıq etməyəcəklər. Qüds Günü, dünyada hələ də zülmün hökm sürdüyünü və oyanmış insan vicdanlarının bu həqiqətə qarşı bir mövqe tutması və hərəkətə keçməsi lazım olduğunu ifadə edən acı bir gerçəkliyin ifadəsidir. Zülm və haqsızlıq harda olur olsun pislənir. İşğal hansı ölkədə olursa olsun qınanır. Bir ölkədə müsbət, digərində mənfi hesab edilə bilməz. İnsan vicdanına, beynəlxalq qaydalara və müqəddəs İslam dininə əsasən, hər hansı bir ərazinin istənilən adla işğalı zülmdür və buna qarşı mübarizə aparılmalıdır.” Gülnarә Quliyeva, İnteraz 


 2692, 

Dostların veb səhifələri

15657063
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5467
7422
52610
15456216
132202
160067
15657063

sizin IP ünvanınız: 18.188.218.140
2024-12-22 17:20

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!