Özünə İnan və Çalış

Gözəl nitqin sirləri

 
(0 votes)

                                                                                            Gözəl nitqə necə sahib olaq?

Natiqlik adi bir söhbət etmək deyil, əksinə, insanları ruhlandırmaq, həvəsləndirmək, şövqləndirmək, hər hansı bir işi görməyə dəvət etmək və ya hər hansı bir işdən çəkindirməkdir. Yəni dinləyiciyə müsbət təsirini göstərə bilməlidi və natiqin çıxış etdiyi məclisdən ayrılan insanlar düşünməlidir ki, hansı işi etməlidirlər və ya hansını tərk etməlidirlər. Ona görə də natiqlik bir hünər tələb edir. Başqa sözlə, natiq çıxışını elə qurmalıdır ki dinləyiciləri dərs oxumaq, yaxşılıq etmək, cəmiyyətlə xoşrəftar olmaq, fədakarlıq və s. kimi müsbət keyfiyyətlərə həvəsləndirməyi və bunun əksinə olan təkəbbürlük, hərislik, qorxaqlıq, həsəd, eqaistlik, tərkidünya kimi mənfi vərdişlərdən çəkindirməyi bacara bilsin. Danışan ilk növbədə gözəl nitqin ünsürlərini tanımalıdır. Habelə, işin əvvəlində hədəf önəmlidir. Çıxış edən öz hədəfini tanımalı və ona görə çalışmalıdır. Bunu da unutmayaq ki, çıxışda hədəf şəffav, riyadan uzaq və səmimi olmalıdır. Reklam xarakteri daşıyan həqiqətdə isə cəmiyətə faydalı olmayan, insanları maariflənmədən uzaqlaşdıran bir çox çıxışlarla rastlaşırıq. Bu kimi çıxışların səbəbi hədəfin kiçik və adi olmasındadır. Çıxış edənin hədəfi ali olmalıdır və danışdığı sözlər dinləyicilərə fayda verməlidir. Natiqliyin bir neçə əsas sirləri var ki, onları bilmək çox mühümdür və ibarətdir: 

Ruhlandırmaq (həvəsləndirmək)

Bu üsul məhəbbət və ya nifrət üzərində qurulur. Əgər dinləyicinin ürəyinə müsbət bir işin məhəbbətini sala bilsən və ya onda mənfi bir xüsusiyyətə qarşı nifrət hissi oyada bilsən artıq mövzunu rahat şəkildə ona qəbul etdirə biləcəksən. Qarşı tərəfdə bu reaksiya yaranmasa sözünün təsiri yoxdur. 

Ruhlandırmaq üçün natiqə kömək edən amillər:

  1. Çıxış edəcəyi mövzuya qarşı natiqin əvvəlcə özünün daxili həyəcanı olmalıdır, yəni deyəcəyi sözü öz daxilində yaşamalıdır.
  2. Dinləyiciləri mərhələ-mərhələ ruhlandırmalıdır.
  3. Məkan və zamanını tanımalıdır (şəhər, kənd, danışıq üçün verilən vaxt) .
  4. Öz dinləyicilərini tanımalıdır (bilməlidir ki, kimlərin qarşısında çıxış edir, savadlı təbəqə və ya elmsiz təbəqə və s. hamı başa düşməlidir).
  5. Mövzu ilə istifadə edəcəyi təhrikedici məsələlər bir-birinə uyğun olmalıdır.
  6. Gərək bu həvəsləndirmə təbii (səmimi) olsun.


Natiqliyin əsası və nitqin daxili ünsürləri

Bütün natiqlər çıxış edərkən bir sıra məfhumu (mənanı) camaata çatdırmağa çalışırlar amma hər zaman müvəffəq olmurlar. Bunun da əsas 3 səbəbi var ki, natiq bilməlidir.

1. Çıxış etdiyi mövzunun mənasını tam bilməli.

2. Camaatı tanımalı.

3. Sözü çatdırma yollarını bilməli.

Təkcə bir elm deyil başqa elmlərdən də məlumatı olmaq danışıq qabiliyyətini gücləndirir və natiqlik məharətini artırır. Natiq əsasən aşağıdakı biliklərə malik olmalıdır:

1- Psixoloq olmalıdır - Camaatın ruhiyyəsini, maraq və meyllərini tanımalı, nədən təsirləndiyini və təsiretmə yollarını tanımalıdır. Bu amillər natiqin müvəffəqiyyətinin əsas ünsürləridir. Xətib dinləyicilərini tanımalıdır. Xətib üçün zəruri olan elmlərdən biri psixologiyadır. "Rəvanşenas" elmi bu sahədə xətibə kömək olur. Deyilən sözlər, baxışlar, jestlər, ifadələr riya üzündən deyil, qəlbən olmalıdır. Xətib əgər dediklərinə özü əməl edirsə, bu hal yuxarıda deyilənlərdə (baxış, söz, jest) zahir olacaq. Danışan qarşı tərəfi sözlərlə inandırmağa çalışa bilər, çünki, danışdığı zaman hamının diqqətini özünə cəlb edir. Lakin bir şeyi unutmamalıdır! Danışdığı sözə özündə əminlik yoxdursa dinləyiciyə də faydası yoxdur. Odur ki, biz danışdığımız zaman öz şəxsi prinsiplərimizi deyil, cəmiyyətin xeyrini öndə tutmalıyıq və onlara fayda verməyi düşünməliyik. 

2- Ümumi və İslami bilgisi, elmi məlumatı olmalıdır - Məxsusən danışdığı mövzunu çox yaxşı bilməlidir. Xüsusən də ayə və hədislərdən düzgün və yerində istifadə etməyi bacarmalıdır. Xətib daim elmlə məşğul olmalıdır. Vaxt tapdıqca maraqlı kitablar oxumalı və bilgilər əldə etməlidir. Elm sonsuz bir dəryadır. Hər nə qədər öyrənsən bir o qədər sənə faydası var.

3- Öz ana dilini yaxşı bilməlidir - Çünki çıxış zamanı söz və cümlələrdən istifadə edir. Nə qədər ədəbiyyatı gözəl olarsa və cümlələr düzgün istifadə olunarsa, çıxışın bir o qədər təsiri güclü olar. Atalar sözü, zərb məsəllər və şeirlərdən vaxtında və yerində istifadə etmək də çıxışın təsirini artıran vasitələrdəndir, həmçinin dinləyicini yormur.

4- Tarixi bilməlidir - Xətibin həmçinin həm dünəvi, həm İslami elmi, həm də öz ölkəsinin, həm də görkəmli şəxsiyyətlərin həyatı haqqında tarixi gözəl bilib yerində istifadə etmək qabiliyyəti olmalıdır. Tarixi məlumatları bir qədər kankret formada çatdırmalıdır ki, əsas mətləbdən yayınmasınlar. Məsələn, bir mövzu və ya keçmişdə baş verən bir hadisə haqqında danışılırsa, həmin hadisənin hansı məkanda baş verməsini qısaca demək yaxşıdır. Çünki, tarixi hadisələri coğrafi mövqeyindən tanıtdırmaq dinləyicidə həmin hadisəyə qarşı maraq oyadır. Həmçinin, deyilənlər əsassız deyil faktlarla izah olunur ki, bu da öz-özlüyündə mötəbər mənbə sayılır.  

5- Fəsahət və bəlağətin üslüblarını bilməlidir - Danışan zaman sözləri ürəyə yatan olmalıdır, fəsih və aydın sözlərdən istifadə etməlidir ki, başa düşülsün. Bəzən asan bir mətləb çətin sözlərlə ifadə olunduğundan dinləyici üçün anlaşılmaz qalır. Elə sözlərdən istifadə edilməlidir ki, eşidən üçün tam aydın olsun. 

6- Zəmanəni tanımalıdır - Xətib çıxışını zəmanənin, cəmiyyətin ehtiyyaclarına uyğun qurmalıdır, yəni zəmanəsinin nəbzini tutmağı və onunla ayaqlaşmağı bacarmalıdır. Hər il, ay və s. keçən zamanın hadisələrindən xəbərdar olmalı və həmin hadisələrə insanların mənfi və müsbət münasibətini təmin etməyi bacarmalıdır. Bir sözlə həmişə eyni məsələlərdən danışmamalıdır. Bəzən təkrarən deyilən sözlər insanlar üçün yorucu olur. Hər zaman deyilməsi zəruri olan məsələlər yaxşı olar ki, hər çıxışda ayrı-ayrı sözlərlə eyni mənada ifadə olunsun. Yaxud, sinonimlərdən istifadə olunmalıdır. Əbəs yerə deyilməyib, natiqin ədəbiyyatı güclü olmalıdır. 

7- Mənbələri tanımalıdır - Ona lazım olan mövzunu tapmaq üçün hansı mənbələrə müraciət etmək lazım olduğunu bilməlidir. Daha məşhur və mötəbər mənbələrdən istifadə etməlidir. Bu bölmənı bilmək üçün natiq çoxlu araşdırmalar aparmalı və məlumatları bir-biri ilə tutuşdurmalıdır.   

Nitqin (çıxışın) ünsürləri

Çıxış zamanı iki əsas nöqtəyə diqqət yetirmək lazımdır. . .  (ardı gələn bəhsimizdə)

                      "Özünə inan və çalış",  İlahiyyatçı: Sara Zahidqızı

 

                                                                   MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 3101, 

Dostların veb səhifələri

15658383
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6787
7422
53930
15456216
133522
160067
15658383

sizin IP ünvanınız: 18.219.12.88
2024-12-22 19:54

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!