Özünə İnan və Çalış

Dində zamanı tanıma meyarı

 
(0 votes)

                                                                                            Dində zamanı tanıma meyarı əsasdır

 

Dində zamanı tanıma meyarı dedikdə burada bir neçə mühüm məsələ var ki, biz onlardan xəbərdar olmalıyıq. Və bu amil hər bir zamanda dini olduğu kimi tanıymağa və həmçinin, əxlaqi ünsürlərdə, rəftarlarda ona uyğun davranmağa çox kömək olur.Təbii ki, bunun başında müqəddəs kitabımız Quran durur. Və biz ondan çox gözəl ibrətlər ala bilərik. Quran hər dövrdə insanları xoşbəxt yaşamağa çağırır. Belə deyildi ki, Quran sözünü fəqət nüzul əsrində yaşayan insanlar üçün deyib. Qurani-Kərimi qədim əsər kimi tanıtdırmağa çalışanlar əslində ondan çox gözəl nəsihətlər götürüblər, sadəcə adını və müəllifini başqa cür tanıtdırıblar. Olubdur, bəziləri Qurandan hər hansı bir ayəni oxuduqda və ya istifadə etdikdə müsəlmanların belə bir faydalı kitaba sahib olduğunu qeyd ediblər, lakin bununla yanaşı qeyri-müsəlman alimləri də olubdur ki, ayədən istifadə edib, amma öz adına bir kitab yazıb, adını da qoyub nəsihət, məsələn. Digər bir məsələ də budur ki,  

Zaman gələr ki, Quran müsəlmanların qəlbində köhnələr

Peyğəmbər (s) buyurur: “İnsanlar üçün bir zaman gələr ki, paltar bədənlərdə köhnəldiyi kimi, Quran da insanların qəlblərində köhnələr”.

Bu hədisə aydınlıq gətirmək üçün qısaca izaha ehtiyac var və budur ki, Quran müsəlmanların qəlbində o cür köhnələr ki, onu keçmişdə qalmış kimi bilərlər. Əslində bu təfəkkürü insanların zehnində yaradan İslamın düşmənləridir. Görürük ki, müsəlmanlar üçün qeyri-müsəlman alimlərinin fikirləri daha maraqlı gəlir, lakin öz kitabları olan Qurani-Kərimdə bilmədiklərini axtarmırlar. Diqqət etsək Avropada Quranı çox yaxşı oxuyub onun qanunlarını öz qanunları kimi qələmə veriblər. Dahilərdən gələn aforizmlər, hikmətli sözlər, əxlaqi ünsürləri Peyğəmbərin (s) hədisləri ilə tutuşdurduqda görürük ki, eynidir. Amma Peyğəmbərin (s) zamanından çox-çox sonra yazılmış və müxtəlif müəlliflərin adı ilə tanınmışdır.

Tanınmış alimlərdən Seyyid Əli Əkbər Ocaq Nejad ağa söhbətlərinin birində deyir:

Tanınmış alimlərdən biri deyir: “Avropa ölkələrindən birinə səfər etmişdim və mənə dedilər ki, bu gün bu şəhərdə şənlik mərasimi keçiriləcək. Səbəbini soruşdum. Dedilər. Alimlərdən biri yeni bir qanun kəşf edib və bu ölkədə həmin qanuntəsdiqlənib qüvvəyə minib. Bu qanun dünyada ən üstün qanun olduğu üçün belə təntənəli şəkildə qeyd olunacaq. Alim deyir, dedim nə yaxşı oldu, mən də bu məclisdə iştirak edəcəm. Sonra həmin qanunu bilmək istədim və soruşdum ki, mənə deyin görüm necə bir qanundur. Həqiqətən çox maraqlı gəldi mənə. Görəsən dünyada ən üstün qanunları kim tərtib edib? Dedilər: Həmin qanun budur ki, əgər bir nəfər kimisə öldürsə ölənin qanı qatilin boynuna düşür. Əgər qatil qaçıb gizlənsə və tapılmasa, ölənin qan bahası dövlətin öhdəsinə düşəcək.

Alim deyir, dedim nə gözəl qanundur. Sizdən bir xahiş edə bilərəmmi? Dedilər, əlbətdə, buyurun. Dedim məni həmin qanunu tərtib edənlə görüşdürə bilərsinizmi? Onlar da bu ölkədə hörmətli bir qonaq olduğum üçün məni həmin şəxslə görüşdürdülər. Tərcüməçilərin vasitəsi ilə bir qədər maraqlı gözəl söhbətlər etdik. Müzakirələr aparıldı. Mən ondan soruşdur: - Siz bu qanunu tərtib edərkən başqa bir yerdə belə bir qanunun olmamasına əminsinizmi? O dedi: Bu barədə çoxlu araşdırma aparmışam. Lakin bu qanunu ilk dəfə biz özümüz yazmışıq. Mən cavabında dedim: Sizin yeni tərtib etdiyiniz bu qanun müsəlmanların əlində olan Quranın bircə ayəsidir. Siz deməyin ki, biz yaxşı bir qanun tərtib etmişik, deyin ki, biz yaxşıca oğurluq etmişik. Bu müsəlmanların qanunudur və siz isə onu oğurlayıb öz adınıza çıxarırsınız. Bunun üçün hələ bir mərasim də təşkil edirsiz.

İslamın qanunlarından biri budur ki, öldürülənin qanı qatilin öhdəsindədir. Əgər qatil qaçıb gizlənsə və tapılmasa, öldürülənin qan bahası müsəlmanların beytül-malından ödənər. Bu müsəlmanların qanunlarından biridir. Lakin, çox təəssüflər olsun ki, müsəlmanın bu qanundan xəbəri yoxdur. Çünki, Quranı nə vaxt açıb oxuyub ki, xəbəri də ola. Belə olduqda qeyri-müsəlmanlar Quranın belə qanunlarını götürüb öz adlarına çıxarırlar və kitabın üzünü bəzəyib müsəlmanlara göndərirlər. Belə edirlər ki, müsəlmanlar onların əsərlərinə heyran qalsın və başqa yerdə axtarmasın. Həqiqətən də məftun olurlar, daha başa düşmürlər ki, min dörd yüz ildən artıqdır ki, bu qanun onların öz kitablarında yazılıb. Ən acınacaqlı vəziyyət isə budur ki, Quranın buyurduğu qanunları köhnəlmiş, həmin qanunu Avropa oğurlayıb öz adına çıxardıqda onu təzə qanun kimi qəbul edirlər. Müsəlman olmayan bir alim o qanunu irəli sürdükdə müsəlmanlar inanarlar, lakin, deyilsə ki, bu qanunu Quran buyurub, qəbul etməzlər. Hətta bir az tərəddüddə qalarlar. Quran bunu o vaxt deyib, həmin zamanda şərait başqa idi və indi müasir zəmanəyə görə qanunlar tərtib olunur. Deyən gərək bəs müasir dövr üçün şəriət alimlərinin dediklərini niyə qəbul edə bilmirsən? Onlar ki, Qurandan, Peyğəmbərin (s) və məsum imamların (ə) hədislərindən, buyurduqlarından kənara çıxmırlar. Və başdan-başa həyatımız üçün xəzinədirlər. Niyə qəbul etmirsən? Müsəlman olmayan alimin sözünü qəbul edirsən, lap yaxşı, çünki, Qurana uyğun danışıb. Amma o sözü bir başa Qurandan misal gətirsəydik qəbul etməyəcəkdin. Odur ki, Peyğəmbər (s) buyurur: “İnsanlar üçün bir zaman gələr ki, paltar bədənlərdə köhnəldiyi kimi, Quran da insanların qəlblərində köhnələr”.

Hələ bu məsələ digərləri ilə müqayisədə nisbətən bəyənilməyəndir. Bundan daha təhlukəli və daha acınacaqlı məsələ budur ki, müsəlmanların qanunlarında haram, günah və puç işləri, əyləncəli xarakter daşıyan bir törəm və ən-ənənə kimi gözəl şəkildə camaata nümayiş etdirirlər. Bu vəziyyət əvvəlkindən daha pisdir. Çünki, böyüklər azdan-çoxdan başa düşürlər, lakin, gənc və yeniyetmələr bunu dərk etmirlər. Onlar üçün daha maraqlı olur. Halbuki, həqiqi mərasimləri Quranda İslamda axtarmırıq ki, onlara öyrədək. Bunun üçün əvvəlcə özümüzün Qurandan xəbəri olmalıdır. Qurandan və Peyğəmbərin (s) əxlaqından danışan alimlərə qulağımızı bağlayarıq, amma elə ki, qeyri-müsəlman alimi həmin sözləri dedi, onu canla-başla qəbul edirik. Necə ki, deyilir bir zaman gələr insanlar alimlərdən, ruhanilərdən qaçar. İnsanlar elm əhlindən uzaqlaşdığı zaman Allah-Təala onlara üç növ bəla nazil edər. Və elə bir bəla ki, insanlar o bəlanın nə qədər böyük olduğunu hiss etməzlər. Bəziləri deyir, görəsən indiki zamanda niyə bəla nazil olmur? Məgər ətrafda bəla nazil olmurmu? Görün Allah bəlanı necə nazil edibsə, heç insanların bundan xəbəri yoxdur. Halbuki bəla onları qucağına alıb, əhatə edib. Belə deyil ki, bəla ancaq Nuhun (ə), Hudun (ə) qövmünə nazil olan bəla kimi olmalıdır. Bəzi xəstəliklər var ki, insan onu hiss edir, məsələn, baş ağrı, soyuqdəymə və s. Amma bəzi xəstəliklər də vardır ki, insan onun içərisində olduğunu hiss etmir. Bir də ayılır ki, artıq iş-işdən keçib.

Abidlərdən biri uzun illər ibadət edər və ağlayaraq Allahı çağırardı. Şeytan özün ona çatdıraraq dedi: - Sən uzun illərdi Allahı çağırırsan, amma Allahdan sənə heç bir cavab gəlmir. Abid öz-özünə düşünür ki, doğurdan da elədi. İradəsinin zəifliyindən şeytanın tələsinə düşür. Uzun illər etdiyi dua-munacatı tərgidir. Abid deyir günlərin birində yuxuda carçı məni səsləyib dedi: - Bəs noldu? Dedim: Nə olmalıdır ki? Neçə illər Allahı çağırdım amma mənə heç bir cavab gəlmədi. Mən də dua etməkdən əl çəkdim. Carçı abidə belə cavab verdi: - Bu gün sənə cavab verməyə gəlmişəm. Sən Allahı şirin, yanıqlı səslə, məhəbbətlə uzun illərdi çağırırdın və bu özü sənə Allahdan bir cavab idi. Bundan sonra bu şirinliyi bir daha dada bilməyəcəksən. Yəni, hər adama bu halı yaşamaq nəsib olmur. Allahın bir lütfü idi ki, sənə verilmişdi.

Odur ki, insan çox vaxt bəlanın hansı tərəfdən ona yetişdiyini hiss etmir. Bəlaya düçar olduğu vaxt da elə güman edir ki, heç nə olmayıb. Buna görə də insanlar alimlərdən, elmdən uzaqlaşdığı zaman Allah-Təala 3 bəlanı onlara nazil edər. 1- mallarından bərəkəti götürər, nə qədər çox qazansa yenə bərəkəti olmaz, bu o deməkdir ki, əldə etdiyi mal-dövlətlə cənnəti qazana bilməz, 2- Allah Təala həmin ümmətə elə bir zülmkar göndərər ki, hamı əlində sərgərdan qalar, 3- cü bəla isə həmin insanların imansız dünyadan getmələridir. Bunlar insan üçün ən böyük və təhlükəli bəlalardandır. Və bu təhlükənin yaranmasının və yayılmasının qarşısını elmin vasitəsilə almaq mümkündr. Maarif nə qədər çox genişlik tapsa insanlar cəhalətdən, qəflətdən çıxar.

Dində zamanı tanıma meyarında bizim zəmanəmiz elm əsridir. Həqiqi elmə yiyələnmək və elmi inkişaf etdirmək. Bunu yaxşı tanımalıyıq. Hər nə qədər maariflənsək cəmiyyətdə bir o qədər fayda verə bilərik. Həqiqi elmi mənimsəmək döyüş meydanında qılınc oynatmaqdan əfzəldir. O cür ki, müharibə meydanında düşmən artıq qarşındadır, onu tanımaq üçün vaxt sərf etmirsən, bilirsən ki, düşməndir və onunla döyüşməlisən, özü sənin qarşına keçib. Elm isə o şeydir ki, sən onun vasitəsilə özün düşməni tanıyırsan və o sənə hücum etmədən qarşısını almaq üçün müəyyən tədbirlər görürsən. Allah Təala zəmanəmizin alimlərini, elm əhıini qorusun və heç bir ümməti elmsiz, alimsiz etməsin.

İlahiyyatçı: Sara Zahidqızı

                                                                                MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 2679, 

Dostların veb səhifələri

15658140
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6544
7422
53687
15456216
133279
160067
15658140

sizin IP ünvanınız: 18.116.118.214
2024-12-22 19:16

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!