Nur Silsiləsi

Davud (ə) peyğəmbər

                                                                                              Həzrəti Davud (ə)

Həzrəti Davud (ə) nübuvvət məqamında böyük peyğəmbərlərdəndir. Bəni-İsrail padşahı olmuş Həzrəti Davud (ə) Qurani-Kərimdə 16 dəfə zikr olunub. Onun adı Bəqərə, Nisa, Maidə, Ənam, İsra, Ənbiya, Nəml, Səba, Sad surələrində gəlmişdir. Onunla bağlı olan hadisələr ən çox Bəqərə və Sad surələrində öz əksini tapır. Həzrəti Davudun (ə) Allaha bəndəlik və ibadətdə böyük ciddiliyi və sabitliyi olmuşdur. Bütün hallarda Allahı yad edər, çoxlu ağlayıb, tövbə edər, bağışlanma istəyərdi. Gecələr oyaq qalar, ömrünün yarısını oruc tutardı. Ömrünün yarısını oruc olardı dedikdə yəni bir gün oruc tutar, o biri gün iftar edərdi. Davud peyğəmbər (ə) öz həyatını xüsusi bir nizam və qayda əsasında yaşamış və vaxtını 4 qismə bölmüşdür.

  1. Allaha ibadət və zikrlə məşğul olmaq
  2. İnsanların düşdüyü bəzi çətin hallarda qəzavət edib hökm çıxarmaq
  3. Cavanları tərbiyyə etmək
  4. Şəxsi hacətləri və gündəlik ehtiyacları təmin etmək

Həzrəti Davudun (ə) məxsusi kitabı Zəbur idi. Orada hikmət elmindən və zəburluqdan bəhs edilirdi. Həzrəti Davud (ə) səbr və zəkada bənzərsiz nümunə idi. Haqqın ayinləri ilə hökm edir, öz nəfsini şeytanın vəsvəsələrindən qoruyurdu.

Allah ona çoxlu nemətlər bəxş etmişdir. O, fiziki qüvvəsi və böyük mənəvi gücü olan, ən çətin düşmənlə müharibələrin birində bir qövmü öldürərək qalib olan qoluqüvvətli idi. Onun elə gücü vardı ki, dəmiri əlində əridərdi. Həzrəti Davudun (ə) gözəl səsi, ruha oxşayan avazı vardı. O, Zəburu oxuyanda bütün dağlar və quşlar ona səs verirdi, sanki onunla birlikdə oxuyurdular. Həzrəti Davud (ə) quşların elminin fəlsəfəsini o qədər bilirdi ki, onların dilini anlayırdı. Həzrəti Davudun (ə) daha bir ilahi neməti bu idi ki, onun bir övladı Allahın böyük ənbiyalarından idi. Allah onun səltənətinin və hökümətinin mərtəbəsini Süleymanın (ə) səltənət və hökümətindən də möhkəm etmişdi. Həzrəti Davudun (ə) qüdrətli ölkəsi və çoxlu əsgərləri vardı.

Quran baxımından Həzrəti Davud (ə)

Həzrəti Davuda (ə) Qurani-Kərimdə bir neçə dəfə işarə edilib.

Biri Calutun qətlində işarə edilmişdir. Talutla müharibəsində onun ölümünə çatmış və Allah onun sultanlığını Talutdan sonra ona həvalə etmiş, höküməti ona vermiş və istədiyini ona öyrətmişdir. Əslində burada iki cərəyan var. Biri Calutla Talutun üz-üzə qalmasından Həzrəti Davudun (ə) höküməti başladı. O, gənc, şücaətli əsgər idi. Talut ondan kömək istədi və onunla şərt kəsdi ki, əgər Calutu öldürsən qızımı və hökümətimin yarısını sənə verəcəm. Həzrəti Davud (ə) bu işə müvəffəq oldu və ən sadə formada Calutu öldürdü. Talut tərəfindən şərt edilən onun sərəncamına verildi. Digər cərəyanda isə deyilir ki, Həzrəti Davud (ə) Bəni-İsrailin fərmanverənlərindən biri idi ki, Talutun əmri altında idi.

2.Başqa bir yerdə bəyan olunur Allah onu Öz xəlifəsi etdi ki, insanlar arasında hökm kəssin və məhkəmə qursun. Bu elmi dərəcəni də ona öyrətdi.

3.Allah ona dağların və quşların dilini bilmək qüdrətini vermiş ki, onlarla söhbət etsin.

4.Başqa bir yerdə işarə olunur ki, dəmiri əlində əridərdi və bunun vasitəylə istədiyi edərdi. Əsasən çox zaman zireh düzəldərdi.  

Sübhan Allah bir neçə dəfə onu digər peyğəmbərlərdən seçmiş və onun adını məxsusi zikr etmişdir:

“(Ya Rəsulum!) Rəbbin göylərdə və yerdə olanları (Özünün bütün yaratdıqlarını) çox gözəl tanıyır. Biz peyğəmbərlərin bə´zisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik”. (“İsra” surəsi 55-ci ayədə )

Allahın mələkləri Həzrəti Davudun (ə) yanına necə gəldilər?

Iki mələk Mikayıl (ə) və Cəbrayıl (ə) Həzrəti Davudun (ə) yanına gəlmişdilər və hər birinin yanında da bir dəstə mələklər yığışmışdılar. Onlar Həzrəti Davudun (ə) günlərini bölürdülər ki, bir gün ibadət etsin, bir gün hökm etsin, bir gün danışıqlar aparsın və bir gün də öz işlərilə silah-sursatı ilə məşğul olsun.

Xidmətində olan və məmur edilən insanlar maneçilik yaratmasınlar deyə (o günü insanlara gəlmək qadağan edilirdi) mələklər həmin gün insan cildində Həzrəti Davudun (ə) yanına gələrdilər və onun ibadət evinə yuxarı qalxardılar. Həzrəti Davud (ə) onları gördükdə qoxmuşdu çünki icazəsiz otağına girmişdilər.

onlar ----- Qorxma! Ey Davud biz iki nəfərik (Sad 22)

Sad 23 - Fərz olunan məsələ

Sad 24 - Öz əleyhinə qəzavət

Sad 25 - Həzrəti Davud (ə) kəffarəsi

Sad 21-22 - Şikayətlərin Həzrəti Davudun (ə) hökümətinə daxil olması

O həzrətin yaşı ilə bağlı iki baxış var. Biri odur ki, o, 100 il 6 ay 7 gün ömür sürmüşdür, başqa bir rəvayətə görə 104 il ömür sürmüşdür ki, bundan 70 il, 6 ayını Həbərun ölkəsində hakimiyyət sürmüş, Beytul-Müqəddəsdə istirahətlərini keçirmiş, ibrani dilində danışmışdır. Həzrəti Davud (ə) bir gecə bir kişini evində görüb soruşur: “Sən kimsən? Evə necə daxil olmusan?” O, deyir: “Mən bir kəsəm ki, şahların icazəsi olmadan onların evinə varid oluram”. Həzrəti Davud (ə) bu sözü eşidib dedi: “Sən Əzrayılsan? Nə üçün əvvəlcədən xəbərdarlıq göndərmədin ki, mən də ölüm üçün hazırlaşım.” Əzrayıl (ə) dedi: “ Mən əvvəlcədən sənə çox xəbərdarlıq göndərmişdim.” Həzrəti Davud (ə) dedi: “ Öz xəbərdarlıqlarını kiminlə göndərmişdin?” Əzrayıl (ə) buyurdu: “Atan, qardaşın, filan qonşuların, filan tanışların hara getdi?” Həzrəti Davud (ə) buyurdu: “Onların hamısı ölüb.” Əzrayıl (ə) dedi: “Onlar mənim ölüm haqqında sənə göndərdiyim xəbərdarlıqlar idi”. Sonra Əzrayıl (ə) Həzrəti Davudun (ə) canını aldı. Bəni-İsrailin alim və böyüklərindən təxminən 4000 nəfər onun cənazəsində iştirak etmiş Həzrəti Davudu (ə) Beytul-Müqəddəsdə öz kəndində basdırmışlar.

Həzrəti Davudun (ə) 19 oğlu vardı. Bu oğulları arasında yalnız birinə Həzrəti Süleymana (ə) elmini, hakimiyyətini, nübuvvətini irs qoymuşdu. Onun hökümət və nübuvvətinin müddəti barədə iki cür nəql olunur. Birinci nəqldə 40 il, başqa nəqldə 60 il hökümət və nübuvvəti olmuşdur. Bu müddətdə camaatı Musanın (ə) şəriətinə dəvət etmişdir.

Böyük peyğəmbərlərdən olan Həzrəti Davud (ə) 16 dəfə 16 ayədə zikr olunmuşdur. 9 surədə Bəqərə, Nisa, Maidə, Ənam, İsra, Ənbiya, Nəml, Səba, Sad surələrində xüsusi qeyd olunmuşdur. Burada onun peyğəmbərlikdən başqa hökümətə, qəzavətə səlahiyyətinin olması, Musanın şəriətinə və kitaba sahib olması, Bəni-İsrail qövmünü ayinlərlə tanış etməsi barədə xəbərlər var. O, həzrətin nurani siması Qurani-Kərimdə bu cür təsvir olunmuşdur: gənc, igid, şücaətli, ilahi hidayətli, nübuvvət məqamına mənsub, höküməti olan, kitaba sahib olan, qəzavət edən, quşların məntiqi üzrə alim, dağlara və quşlara hökmranlıq edən, hökümətdə güclü hakims, Allahın yer üzərində xəlifəsi, çoxlu fəziləti olan, çoxlu şükür edən, tövbəkar, ruku edən, alim, sənətkar və digərləri.

Həzrəti Davudun (ə) əsl-nəsəbi

Həzrəti Davud (ə) Bəni-İsrailin böyük peyğəmbərlərindəndir ki, nübuvvət məqamından başqa güclü höküməti də vardı. O ,İşa ibn Lavey ibn Yəqubdur. Başqa rəvayətə görə Davud ibn İşa ibn Əvi ibn Baiz ibn S

üleyman ibn Nəhsun ibn Əmmi Nozəb ibn Ram ibn Həsrun ibn Fariz ibn Yəhuzə ibn Yəqub ibn İshaqdır. Onlar 10 oğul idilər ki, ən kiçiyi Həzrəti Davud (ə) idi. O, çobançılıq işlərilə məşğul olurdu.

Ənam surəsinin 84-cü ayəsinə görə Həzrəti Davud (ə) Həzrəti Nuhun (ə) züriyyəsindəndir. “Biz İshaqı və Yə´qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq”. (Ənam, 84)

Bu şərif ayənin zahirindən 3 nöqtə istifadə olunur.

1.Buyrulur “Biz Nuh və onun nəslindən Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harunu hidayət etdik”.

  1. Həzrəti Davud (ə) Həzrəti Nuhun (ə) nəslindən gələn peyğəmbər kimi qeyd olunur.
  2. Burada isə həm zikr olunanların içində xeyriyyəçi kimi qeyd olunur, həm də xeyriyyəçilərin cəza və mükafatlarına işarə olunur.

Məhz bu ayəyə görə Həzrəti Davud (ə) Həzrəti Nuhun (ə) nəslindəndir. Belə ki, bəzi müfəssirlər deyirlər İbrahimdən (ə) əvvəl Nuhun(ə) yoludur. Belə deyil ki, Nuh (ə) İbrahimin (ə) atasi idi. Biz Nuhun nəslindən hidayət edərik.

Amma bəziləri deyir ki, ayə İbrahimin (ə) şəninə nazil olduğuna görə İbrahimə (ə) aiddir. Bu ayə ümumidir, çünki Yunis (ə) da, Lut (ə)da bu ayədə zikr olunur, onlar isə İbrahimin nəslindən deyildilər.

Deyirlər Həzrəti Davudun (ə) 19 oğlu vardı ki, hər birinin mülk iddiaları vardır. Haqqı-Subhan lütf edərək incə məsələ nazil etmişdir. Onlara sual göndərmişdir. Övladlardan hər hansı biri bu sualları cavablandırsaydı Həzrəti Davudun (ə) malına varis ola biləcəkdi. Həzrəti Davud (ə) uşaqlarını yığdı bir yerə və buyurdu : “Kim istəsə diqqətli olsun.”

Sualları uşaqlarına verdi ki, cavablandırsınlar.

1.Ən yaxın və ən uzaq nədir?

2.Ən yaxşı dostluq nədir?

3.Ən qorxulu nədir?

4.İki qeyb olan, iki müxtəlif olan, iki düşmən olan nədir?

5.O hansi işdir ki, sonu tərif (sitayiş) və hansı əmrdir ki, sonu məzəmmət edilir?

Əvvəlcə o həzrət cavablardan aciz qalmışdır. Amma Süleyman (ə) buyurdu: “Əgər icazə versəydiniz cavab verərdim.” Həzrəti Davud (ə) göstəriş verdi ki, cavab versin. Süleyman (ə) bu sualları cavablandırmağa başladı:

“1.Ən yaxın axirətdir, ən uzaq dünyadan köçməkdir (ölümdür).                         

2.Ən yaxşı dostluq insanın cəsədi ilə ruhunun dostluğudur.

3.Ən qorxulu bədənin ruhdan boşalmasıdır.

4.İki qaim yer və səmadır. İki müxtəlif gecə ilə gündüzdür. İki düşmən ölümlə ilə həyatdır. s

5.O işin sonu yaxşıdı ki, qəzəbli vaxtında həlimlilik göstərmək, sonu məzəmmət olunan iş qəzəbli vaxtında ----”.

Süleyman (ə) sualları müvəffəqiyyətlə cavablandırdığı üçün Bəni-İsrailin ən kamal və fəzilətli insanı kimi tərifləndi və Həzrəti Davud (ə) öz mülkünü ona təslim verdikdən sonra səhərisi gün dünyasını dəyişdi. Nəml surəsinin 16-cı ayəsinə görə Həzrəti Davud (ə) Allahın əmri ilə malını, xilafətini,canışınliyini, nübuvvətini, peyğəmbərliyini, səltənətini və padşahlığını ona irs buraxdı.

Sad 26 - Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.

Sad 17 - Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim (Allaha) üz tutardı.

18 - Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə (Allahın şəninə) təriflər deyirdilər.

19 - Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima (Allaha) üz tutardı.

20 - Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.

21 - (Davudun yanında) çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.

22 - Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!

23 - Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.

24 - (Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.

25 - Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

26 - Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.

                                               İlahiyyatçı, islamşünas, Lalə Zəhrayi

                                        


 4342, 

Dostların veb səhifələri

15659255
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7659
7422
54802
15456216
134394
160067
15659255

sizin IP ünvanınız: 18.118.144.50
2024-12-22 22:26

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!