Quran Elmləri

Müqəddimə

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُونَ

"Doğrudan da Biz Quranda insanlar üçün bəlkə ibrət götürdülər deyə hər cür məsəl çəkdik. (Kəlmə və mənalarında) heç bir əyrilik olmayan ərəbcə bir Quran! Bəlkə çəkindilər

("Zumər surəsi", ayə 27-28).

Müqəddimə

    Quran elmləri, Quranı anlamaq və dərk etmək üçün onunla bağlı olan elmlərin toplusuna deyilir. Başqa sözlə, Quranın təfsirindən və İlahi ayələri dərk etməzdən əvvəl hər bir müfəssir və mühəqqiqin tanış olmasının lazım gəldiyi bəhslər Quran elmlərinin məcmusunu təşkil edir.

    Zərqani Quran elminin tərifində deyir: "Quran elmləri nazil olma, tərtib, cəm olunma, yazılma, qiraət, təfsir, nasix, mənsux və s. cəhətdən Quranla bağlı olan bəhslərdən ibarətdir". 
    Aydındır ki, belə tərif bu elmdə müəyyən bir sərhəddi bəyan etməyə qabil deyil. Ona görə də bəziləri bu elmlərin sayını 50, bəziləri 80, bəziləri isə 400 və hətta ondan da çox qeyd etmişlər. Əslində bu ixtilafın əsas səbəbi onların Qurana müxtəlif tərəflərdən nəzər salmaları və onun bəhslərinin hissələrə bölünmə üslubuna fərqli şəkildə yanaşmaları olmuşdur. Misal olaraq, qeyd edək ki, Bədrəddin Muhəmməd ibn Əbdullah Zərkeşi "Əl-burhanu fi ulumil-Qurani" kitabında Quran elmlərinin növlərinin siyahısını 47 bölmədə tənzimləmişdir.
    İslamın başlanğıcından etibarən müsəlmanların asimani vəhy və əbədi möcüzə olan Qurana güclü maraqları elə həmin I əsrdə Peyğəmbərin (s) səhabələrinin böyükləri və onlardan sonra da İslam alimlərinin təfsir elminə və Quranla bağlı olan müxtəlif məsələlərə xüsusi diqqət yetirmələrinə səbəb oldu.
    "Quran elmləri" alimlərinin etiqadına görə Peyğəmbərin (s) səhabələri içərisində Əli ibn Əbu Talib (ə) təfsir və Quran elmlərinin öncüllərindən olmuşdur. Hətta İbn Abbas kimi bir şəxsiyyət Quranın təfsirini ondan öyrənmişdir. Cəlaləddin Süyuti deyir ki, xəlifələr arasında Quran elmləri mövzusunda ən çox rəvayət edən Əli ibn Əbu Talib (ə) idi. Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Ubeyy ibn Kəb ibn Qeys də təfsir və Quranın qiraəti sahəsində yüksək məqamı olan şəxslərdəndir. Başqaları Quranı onlardan öyrənmişlər. 
    Quran təfsiri və bəhslərinin yazılması II əsrdən başlamışdır. Bir çox alimlər bu sahədə əmək sərf etmişlər. Onlardan bir neçəsinin adlarını qeyd edirik:
    Yəhya ibn Yamər - qiraətə dair bir kitab yazmışdır.
    Həsən Bəsri - "Nuzul-ul Quran və ədədu ayət-il Quran" ("Quranın nazil olması və Quran ayələrinin sayı") kitabının müəllifi.
    Əta ibn Əbu Muslim Meysərə Xorasani - nasix və mənsux barədə yazan ilk yazıçı.
    Muhəmməd ibn Yəzid Vasiti - "İcazul Quran" ("Quranın möcüzələri") adlı bir kitab yazmışdır. Həmin kitab bizə gəlib çatmamışdır.
    Quranşünaslardan bəziləri III əsrin alimlərindən olan Əli ibn Mədini və Əbu Ubeyd Qasim ibn Salamini nazil olma səbəbləri, nasix və mənsux barədə yazan öncüllərdən hesab edirlər.


 27833, 

Dostların veb səhifələri

15655640
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4044
7422
51187
15456216
130779
160067
15655640

sizin IP ünvanınız: 18.224.44.207
2024-12-22 12:30

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!