Quran Elmləri

Quranın toplanma mərhələləri

 

Quranın toplanma mərhələləri

 

Qurani Kərim rəsmi şəkildə üç mərhələdə toplanmışdır:

 

1- Hifz mərhələsi, Peyğəmbərin (s) zamanında (hafizlər, Quranın əzbərlənməsi)

2- Kitabət mərhələsi, birinci xəlifə Əbubəkrin zamanında (müshəflərin yazılması və cəmi)

3- Qiraət mərhələsi, 3-cü xəlifənin zamanında (qiraətlərin toplanması və qarilər)

 

1- Hifz mərhələsi

Peyğəmbərin (s) zamanında həzrətin səhabələri Quran əzbərləməyə daha çox diqqət edirdilər. Peyğəmbərə (s) nazil olan hər bir ayəni əvvəlcə həzrət onlar üçün oxuyurdu və sonra isə eşidənlər həmin ayəni əzbərləyirdilər. Tarixdə qeyd olunur ki, həmin zamanda Misirdən fərqli olaraq Ərəbistanda yazı vəsaitləri hələ tanınmamışdır. Həmçinin ərəblər güclü yaddaşa malik idilər . onlar üçün hər-hansı uzun şeri və ya qəsidəni əzbərləyib yadda saxlamaq çətin deyildi. Qurani-Kərim ən gözəl bəyan olduğu üçün kamil şəkildə eşidənlərin qəlbinə nüfuz etmişdir. Bundan başqa Rəsuləllah (s) öz səhabələrini bu işə həvəsləndirirdi. Yazı vasitələrinin az olması səbəbindən müsəlmanlar öz güclü yaddaşlarını Quranın əzbərləməsinə sərf etdilər.

 

2- Kitabət mərhələsi (yazı)

Peyğəmbərin (s) yaşadığı zamanda Qurani-Kərim hifz yolu ilə cəm olunmuşdur. Lakin bu üsul Quranın qorunub saxlanılmasına dəlalət etmir. Çünki Quran sinələrdə yığılmışdı və zehinlərdə həkk olunmuşdur. Təbii onu hifz edənlər bir gün dünyalarını dəyişəcəkdi və beləliklə də Quranın aradan getmə təhlükəsi vardı. Peyğəmbərin (s) zamanında yazı yazmağı bacaranların sayı az olsa da həzrət (s) onlara vəhyi yazmağı tapşırmışdır. Beləliklə həmin şəxslər tarixdə “vəhy-katibləri” adı ilə tanındılar.

 

3- Qiraət mərhələsi

Bu mərhələ 3-cü xəlifə Osman ibni Əffanın dönəmində başladı. Qeyd olunan məlumatlara görə, Osmanın müshəfləri dörd nüsxədə yazıldı və onların üçü Kufə, Şam və Bəsrə şəhərlərinə göndərildi, bir müshəfi isə Mədinədə saxladılar və ona “imam müshəf”ı deyirdilər. Məntəqələrə ezam olunan müshəflərdə qarşıya çıxan hər hansı bir ixtilaflı nöqtəyə “imam müshəf”i ilə aydınlıq gətirilirdi. Bəzi rəvayətlərdə bu sayı yeddiyə qədər demişlər, Məkkə, Yəmən, Bəhreyn. Yəqubi tarixində bu say doqquza qədər qeyd olunub (Misir, Əlcəzair). Müshəflərlə birlikdə hər şəhərə bir qari yollayırdılar ki, bəzi anlaşılmayan mətləblərə aydınlıq gətirsin. Məntəqələrə göndərilən qarilər əsasən bu şəxslər idi:

          1- Abdullah ibn Saib (Məkkə mushəfi)

          2- Muğeyrə ibn Şəhab (Şam)

          3- Əbu Əbdurrahman Suləmi (Kufə)

          4- Amir ibn Əbdülqeys (Bəsrə)

          5- Zeyd ibn Sabit (Mədinə, “imam müshəfi”).

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 5598, 

Dostların veb səhifələri

15660558
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
686
8276
8962
15493342
135697
160067
15660558

sizin IP ünvanınız: 18.223.238.150
2024-12-23 03:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!