Quran Elmləri

Ayə və surə Quranda

 
(3 votes)

Ayə və surə Quranda

Ayənin lüğətdə mənası Quranda «aydın nişanə» deməkdir.

İbn Farsi deyir: «Ayə – əlamətdir». Həmçinin, Rağib İsfahani deyir: «Ayə – aşkar edən bir əlamətdir».

Ayə lüğətdə müxtəlif mənalarda işlənmişdir:

      1. Nişanə və əlamət         

    قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً قَالَ آيَتُكَ أَلا تُكَلِّمَ النَّاسَ ثَلاثَ لَيَالٍ سَوِيًّا

«(Zəkəriyya) dedi «Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!» (Allah) buyurdu: «Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!»  («Məryəm» surəsi, ayə 10)

  1. Möcüzə

  قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ هَذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً 

  «Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir möcüzədir...» («Əraf» surəsi, ayə 73)

وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ  

   «Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar» («Bəqərə» surəsi, ayə 145).

Möcüzə Allahın varlığının əlamətidir. Allah onu peyğəmbərlərinə göndəribdir ki, onlar bəşərin digər övladlarından seçilsinlər. Bununla digərlərinin peyğəmbərlərdən acizliyini bəyan etmişdir və o yalnız peyğəmbərlərə aiddir.

  1. Hökm

 

مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

«Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!» («Bəqərə» surəsi, ayə 106)

  1. Yaradılış

 

فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُفَصَّلاتٍ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ   

«Biz ayrı-ayrı nişanələr şəklində üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular» («Əraf» surəsi, ayə 133).

  1. İlahi Ənbiya və övliyalar

 

لَقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آيَاتٌ لِلسَّائِلِينَ

«Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) nişanələr vardır» («Yusif» surəsi, ayə 7).

Ayə Allah tərəfindən yalnız peygəmbərlərə göndərilən  möcüzəvi bir nişanədir. Ayələrə hökmlər şəklində riayət olunarsa, insan Allaha yaxınlaşar. İlahi peyğəmbərlərin və övliyaların bəşəri həm söz, həm də əməl və s. kimi vasitələrlə Allaha tərəf dəvət etmələri məhz bunun üçün olmuşdur. 

Ayənin termində mənası

Ayə termində «Quranın kökü» mənasındadır və bu məna bir neçə mənada işlənmişdir.

1. كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ«Ərəbcə Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır»(«Fussilət» surəsi, ayə 3).

2. المر تِلْكَ آيَاتُ الْكِتَابِ وَالَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لا يُؤْمِنُونَ - «Əlif, Lam, Mim, Ra!BunlarKitabın (Quranın) ayələridir. Rəbbindənsənənazilolan (Quran) haqdır, lakininsanların (Məkkəmüşriklərinin) əksəriyyəti (ona) inanmaz»(«Rəd» surəsi, ayə 1).

  •  3.  الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ - «Əlif, Lam, Ra. BunlarhikmətlədoluKitabın (Quranın) ayələridir!». («Yunis» surəsi, ayə 1)

 

 4.  إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ   -  «Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər»(«Ənfal» surəsi, ayə 2).

Ayə - müəyyən bir söz və ya sözlərdir ki, özündən əvvəl və özündən sonrakı ilə əlaqəsi kəsilmiş və müəyyən bir surənin daxilində yerləşmişdir.

Surənin mənası

 

سُورَةٌ أَنْزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنْزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَعَلَّكُمْ تَذَكَّرُونَ 

«Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!»(«Nur» surəsi, ayə 1)

Surənin lüğətdə mənası məhmuz (həmzəli) və qeyri-məhmuz kimi işlənmişdir.

1) Məhmuz – «Sur» «سؤر» (sözünün kökündən alınıb) – yarı yeyilmiş, aradan getmiş, yarım hissə, suyun və yaxud hər hansı bir yeyilən şeyin qalığı, tikəsi mənasındadır. Quranın surələri onun bir parçası olduğu üçün belə adlanıb. Kəlmənin cəmi isə «asar»dır.

2) Qeyri-məhmuz - kəlmədə isə a) surə sözünün kökü «Sur» «سؤر» kəlməsidir, divar və hasar mənasındadır. Bu cür adlanmasının səbəbi surələrin Quranı hasar kimi əhatə etməsinə görədir. b)  «Sur» «سؤر» sözünün lüğətdə əsl mənası yüksəklik,ucalıq və mənzilətdir. Surə məqam və mənzilət mənasında bu cür işlənmişdir.

Sur, suvər, suratun və suvəratun. Çünki surənin kəlmələri Allahın sözüdür, onda şərafət, mənzilət və məqam kimi ali mənalar öz əksini tapır. Surənin bu mənasına daha çox üstünlük verilir, çünki burada qeyd olunan ucalıq, mənzilət bu mənada izah olunur. Həmçinin, istilahi mənası da buna dəlalət edir.

Surə Quranda kəlmələrdən ibarət olub, bitmiş bir fikri ifadə edir və tərkibindəki ayələri əhatə edir.Belə ki ərəblər şəhəri əhatə edən divara yəni şəhərin divarına da sur deyiblər. Məs: surul-mədinə.

Rağib deyir: Sur – əsvar (divar), siran (hasar)  cəm formasında bağlanmışdır.

Surə sözünün kökü barədə bunlardan başqa nəzərlər də mövcuddur.

Surə sözünün istilahi mənası isə «əvvəli və sonu İlahi təyinatla müəyyən edilmiş ayələr məcmusu»dur.

Surələrin düzülüşü barədə əsas üç nəzər mövcuddur:

  1. Alimlərdən bir qismi surələrin düzülüşünün səhabələrin şəxsi nəzərləri əsasında olduğunu söyləyir.
  2. Alimlərdən başqa bir qismi isə surələrin düzülüşünün səhabələrin şəxsi nəzərləri əsasında deyil, vəhyə əsaslandığını söyləyir.
  3. Digər bir qism isə əksər surələrin düzülüşünün Peyğəmbərin (s) göstərişi ilə, bəzi surələrin isə səhabələrin şəxsi nəzərləri əsasında olduğunu söyləyir.

Surələrin adları barədə də iki fikir mövcuddur. Bəziləri surələrin adlarının Peyğəmbərin (s) tərəfindən qoyulduğunu, digər bir qism isə bu adların səhabələrin şəxsi nəzərləri ilə qoyulduğunu söyləyir. Lakin surələrin adlarının Peyğəmbərin (s) tərəfindən qoyulduğu fikri daha güclü nəzərdir.

Quranın surələrə bölünməsi

Quranın hissələrə bölünməsinin səbəbi, hikməti barəsində quranşünaslar çoxlu faydalar sayıblar və təbii ki, bu hikmətsiz, səbəbsiz deyil. Quranda ən üstün zərifliklərdən istifadə olunub və hamısı xüsusi diqqətlə tənzimlənib (Allahın diqqəti ilə). Quranın surələrə bölünməsinin əsas dörd faydasını qeyd edirik:

  1. Quranda müxtəlif möcüzələrin hədəfləri olmasıdır.

Quranda hər bir surə müəyyən bir hədəfi vurğulayır və bütün ayələrin təmayülü həmin surədir. Hətta bəzi Quran təfsirçilərinin nəzərinə görə, hər bir surənin arxasında xüsusi bir hədəf durur və bu xas hədəf həm bir surədə və həm də başqa yerlərdə özünü göstərir. məs: Yusif, Nəml, Fil və s. bir peyğəmbərin sərgüzəştindən və tarixdə baş vermiş bir hadisədən bəhs edir.

  1. Öyrənməyin asan olması hifz üçün rahat idi.

Bu üsul qarilər üçün çox rahat idi. Belə ki nüzulun ilkin mərhələsində Quranı zehnlərdə qorumaq zəruriyət sayılırdı və təbii ki,hifz edənlər üçün asan bir yol düşünülməli idi. Çünkiİlahi kəlamı olduğu kimi, zehnlərdə qorumaq böyük məharət tələb edirdi. Onun hissələrə bölünməsi bu tərtib əsasındadır ki, həm böyük, həm də kiçik surələrdən təşkil olunmuşdur. Bu tərtib qarilər üçün nisbətən asan idi. Həmçinin onlar bir surəni əzbərləyib bitirdikdən sonra digərinə daha da həvəslənirdilər və bu Quranın digər mərhələlərini də öyrənməyə səbəb olurdu. Əgər Quran hissələrə bölünməsəydi, onu hifz etmək çətin olardı və buna səy göstərməzdilər, nəticədə hafizlərin sayı azalardı.

  1. Quranın təhrifdən qorunması.

Quranın əsas ecazlıq və üstünlüyündən biri də ayrı-ayrı hissələrə, surələrə bölünməsidir. Bu, Quranın məharətindən xəbər verir və onu təhrifdən qorunmağa kömək edir. Bəzi ayələrin qiraət tərzindən məlum olur ki, əzabdır, bəzilərindən də məlum olur ki, rəhmətdir. Bütün bunlar Quranın təhrifdən qorunması üçün bir səbəbdir. Məxsusən,Məkkə surələri kiçik olmasına baxmayaraq, ritmik, ahəngli və vəznli qiraət formasındaöz əksini tapır. Habelə, besətin əvvəlində onların nazil olması qorunmalarına səbəb oldu. Və hər bir müsəlman ən azı bir neçəsini zehnində saxlaya bildi.

  1. Ən kiçik bir surənin tayı-bərabəri olmamasıdır.

Quran surələrininheç bir bənzəri olmaması haqqındaçoxlu ayələr mövcuddur və peyğəmbər (s) müşriklərə dəfələrlə bunu sübut edib. Necə ki, Quran bəzi ayələrdə hamını mübarizəyə dəvət edir, əgər digərləri edə bilsələr, bunun kimi bir surə gətirsinlər, mümkün olmaz. Quran böyük və kiçik surələr ilə buna işarə etmək istəyir ki, hər nə qədər surə kiçik olsa belə,yenə onun tayı-bərabəri yoxdur. Quranda ən kiçik surə belə əzəmətlidir.

Surələrin dəstələrə bölünməsi

Quranşünaslar ümumi bir bənddə surələri 4 hissəyə bölüb və onlara xüsusi ad qoymuşlar.

  1. سبعالطوال (Səbiut-tival)– Quranın 7 böyük surələrindən – «Bəqərə», «Ali İmran», «Nisa», «Maidə», «Ənam», «Əraf» – amma 7-ci surədə ixtilaf vardır. Səid ibn Cəbirin dediyinə görə, bu surə Yunis və bəzilərinin fikrincə isə Kəhəfdir.
  2. المئين (Əl-Məin)–Ayələrinin sayı Səbiut-tivaldan bir qədər az olan surələrdir və 100-ə qədərdir. Buraya 12-ə yaxın surə daxildir: «Yunus», «Hud», «Yusif», «Nəhl», «İsra», «Kəhf», «Tövbə», «Taha», «Ənbiya», «Muminun», «Şuəra» və «Saffat».
  3. المثاني (Əl-məsani)– 100-dən az ayələri olan və təqribən 20 ayədən ibarət olan surələr – bu surələr Miun surələrindən sonra gələnlərdir.

      4.مفصلات (Mufəssilat) – Qısa surələrdir. Həm qısa və aralarında tez-tez fasilə olduğu üçün “Mufəssil” surələradlanır. Mufəssil surələrinin axırıncısı Nas surəsidir. Amma əvvəlki surəsində ixtilaf vardır. Cəlaləddin Siyuti bu barədə 12 nəzər bildirmişdir ki, onların arasından Ət-təmhid – «Ər-Rahmən» surəsini seçmişdir. Bir halda ki, «Mənahiul-urfan» və «Mocuzu-ulumul-Quran»da da birinci mufəssil surə «Hücurat» zikr olunmuşdur. Peyğəmbərin (s) hədisindən belə nəql olunur: «Tövratın yerinə 7 böyük surə «Səbiut-tuval», Zəburun yerinə «Əl-məin» surələri, İncilin yerinə «Əl-məsani» surələri mənə əta olunmuşdur.«Mufəssil» surələri isə digərlərindən daha üstün bildim».

Surələrin digər dəstələrə bölünmə növü ibarətdir: Mumtəhinat surələri, musəbbihat surələri («səbbəhə» kəlməsi ilə başlayan surələr), həvamim («ha» və «mim»lə başlayan surələr) və əzaim surələri (səcdəsi vacib olan surələr:«Səcdə», «Fussilət», «Nəcm», «Ələq»).

Digər bir dəstə də Quran surələrinə şamil olur və o, surələrin xüsusiyyətlərindən bəhs edən bir mövzudur, bu barədə növbəti sayda bəhs olunacaq.

Surələrin sayı

Surələrin sayı 114-dür. Ayələrin sayında isə çoxlu ixtilaflar vardır. Bəziləri 6236 ədəd saymışlar. Lakin Kufə əhli digər sayı qeyd etmişlər. Bu barədə Həmzə deyir: «Bu rəqəm Əli ibni Əbutalibdən nəql olunmuşdur».

Quran kəlmələrinin sayı

Quran kəlmələrinin sayında təfsirçilər və yazıçıların nəzərləri arasında ixtilaf vardır. İxtilaflar ayələrin az və ya çox olmasında deyil, əsasən sözlərin hesablama üsullarındadır. İxtilafın əsas səbəbi tarixin səhifələrində belə nəql olunur ki,peyğəmbər (s) hər ayənin əvvəlində dayanardı və sonradan məlum olurdu ki, o vəsl (bir kəlməni və ya bir ayəni digərinə birləşdirmək) edib, ayə isə hələ bitməmişdir.Həmçinin Quranda olan kəlmələrin sayıni 8000-dən artıq qeyd etmişlər. Bu ixtilafları aradan aparmaq üçün alimlər Quran kəlmələrinin sayını iki hesablama növünə ayiriblar:

  1. Müstəqim say (kəlmələrin sayı). Bu üslubda Quranın bütün kəlmələri ayəbəayə hər surədə müxtəlif cədvələ əsasən hesablanmışdır və nəticədə Quran kəlmələrinin ümumi sayı 77807 ədəd olmuşdur.
  2. Qeyri-müstəqim say (muştaq kəlmələr və qeyri-muştaq kəlmələr)

a)Muştaq kəlmələrin (düzəltmə sözlər) sayı – bu mərhələdə Quranda olan bütün muştaq kəlmələr əvvəlindəki paraqrafla və hər surədə ayəbəayə hesablanmışdır.

b)Qeyri-muştaq kəlmələrinsayı – bu mərhələdə isə Quranda olan bütün qeyri-muştaq kəlmələr hər surədə ayəbəayə hesablanmışdır. Muştaq kəlmələr qeyri-muştaq kəlmələrdən alinmadır və formaca oxşar olsalar da məna cəhətindən bir-birindən ayrıdırlar. Quranda muştaq və qeyri muştaq kəlmələr incələnib bu say əsasında tənzimlənmişdir.

Surə 114

Ayə 6236

Kəlmə 77807

İstifadə olunan mənbələr:

«Əl-mizan»; c.1, səh.250

«Hüseyn Cəvan Araste»; 4-cü nəşr, səh.103

«Hilyətul-Quran»; c.2, Seyid Muhəmməd Musəvi Bələde

«Mufrədat», «Əl-itqan»; c.1, səh.211

«Ət-Təmhid»; c.1,səh.251

«Mənahil-İrfan»; c.1,səh.338-391

«Tarixu-Quran»; səh.42

«Muqaisul-luğati»

«Əlmucəmul-Əhsai»; c.1, səh.25, 3-cü bəxş

 

Müəlliflik Hüququ Əbədi-Nur Müəssisəsinə aiddir

 


 7001, 

Dostların veb səhifələri

15660691
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
819
8276
9095
15493342
135830
160067
15660691

sizin IP ünvanınız: 3.22.75.247
2024-12-23 03:31

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!