Quran Elmləri

Dəfi və tədrici nüzul

Dəfi və tədrici nüzul

Dəfi nüzul

Quranın Ramazan ayında nüzulu ilə besət arasında heç bir bağlılığı olmadığı aydınlaşandan sonra belə bir sual zehində oyanır. Qurani-Kərimin bəhs etdiyi nüzul hansı nüzul idi? Əhli-şiə və əhli-sünnənin bir çox rəvayətlərinə əsasən Quran müxtəlif cür nazil olmuşdur.

Cəlaləddin Süyuti deyir:

Quranın lövhi-məhfuza nazil olması barədə üç fikir var:

  1. Birinci nəzər hamısından doğru və məşhurdur. Quran Qədr gecəsində bütöv şəkildə dünya asimanına və sonra isə 20, ya 23 və ya 25 il müddətində tədriclə nazil olmuşdur. Səid ibn Cəbir İbn Abbasdan nəql edib: Quran bütövlökdə Qədr gecəsi dünya asimanına, ulduzların yerinə nazil olmuşdur. Sonra isə Allah-Təala ayələrdən bəzilərini ardıcıl surətdə Peyğəmbərinə (s) göndərmişdir. Bu rəvayəti həmçinin Əkrəmə də İbn Abbasdan nəql edib. İbn Abbasdan gələn digər rəvayətlərə əsasən; Quran bir dəfəyə nazil olub, həm də Beytul-izzəyə. (dünya səması) Sonra isə Cəbrayıl (ə) ümmətin əməllərinə cavab kimi Peyğəmbərə (s) nazil edib.
  2. Quran Ramazan ayının 20, 23 və ya 25-ci gecəsində nazil olub. Sonra isə Allah-Təala həmin ayələri uzun müddətlə, tədriclə nazil etmişdir.
  3. Quranın Ramazan ayındakı nüzulundakı hədəf onun birinci nüzuludur. Tədriclə nazil olmasından bir qədər fərqlidir.

İmamiyyə rəvayətlərindən belə bir fikir ələ gəlir; Quranın ilk nazil olduğu yer Beytul-məmur adlanıb və bəziləri qeyd edib ki, Beytul-məmur səmanın dördüncü qatıdır və səmanın dördüncü qatı haradır, Beytul-məmur nədir? Bu mətləb bizim üçün aydın deyil. Bu rəvayətlərdən yalnız bunu başa düşmək olur ki, səmanın dördüncü qatı Beytul-məmur adlanıb və Quran Qədr gecəsi ora nazil olub.

 

Əllamə Təbatəbainin bu barədə digər bir nəzəriyyəsi varki, onun xülasəsinə diqqət yetirək. Ramazan ayının mübarək qədr gecəsində Quranın nazil olması ilə bağlı olan ayələr barəsində düşünməklə,

Hər üç aəyədə   تنزیل   sözünün müqabilində انزال sözünün gəlməsini təbir etməklə bu nəticəyə gəlmək olar ki, Quranın dəfi bir dəfəlik (tamamilə) nazil olması nəzərdə tutulur. (Təfil babı ifal babından fərqli olaraq çoxluq üçün işlədilir) Bu ona görədir ki, Quranın bizim adi düşüncəmizdən üstün olan bir həqiqəti var. Bu həqiqətin var olmasını "Hud" surəsinin birinci ayəsindən anlamaq olar. Buyurulub: ("Hud"-1) "Bu bir kitabdır ki, onun ayələri möhkəmlənmiş, sonra isə bir agah hikmət sahibinin tərəfindən aydın şəkildə bəyan olunmuşdur".

 الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ

Ayədən aydın şəkildə bəyan olunur ki, Quran birinci mərhələdə fəsillərlə, hissələrlə qərar tutmayıb. Sonrakı mərhələ fəsillərə aiddir, hansı ki, hal-hazırda əlimizdə olan hissə ilə yazılıb.

Əraf 53 və Yunis 39 bu ayələr də həmin mətləbə dəlalət edir. Həmçinin Zuxruf surəsində daha aydın şəkildə qeyd olunur

وَالْكِتَابِ الْمُبِينِ  حم      

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

Ayədəki umul-kitab və kitab-mubin, təkcə onun ərəbcə olmasına və ya hissələrinə dəlalət etmir, həm də bütün bəşərin onu dərk etməsi üçün bu dillə nazil olmasını qeyd edir. Bu və digər bu kimi ayələrdən artıq başa düşmək olar ki, Ramazan ayındakı nüzul, asimani kitabın həqiqətinin Peyğəmbərin (s) mübarək qəlbinə enməsidir və bütövlükdə endiyi üçün bu dəfidir. İzahlı geniş şəkildə, fəsillərlə nazil olmasına gəlincə isə, həmin nübuvvət illəri müddətində Peyğəmbərin (s) qəlbinə hissə-hisə tədriclə nazil olamsıdır və bu da tədrici nüzul adlanır.

Əllamə bu ayələrdə:

 فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ وَلا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُلْ رَبِّ  زِدْنِي عِلْمًا   

Haqq və sabit olan Allah pak və ucadır. Quranın sənə vəhyi sona çatmamışdan qabaq onda tələsmə və “ey Rəbbim, mənim elmimi artır!” de.     ("Taha" surəsi, ayə-114)

لا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ  - (Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə.

 إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ  -  Şübhəsiz onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.   ("Qiyamət" surəsi, ayə-16-17)

Bu dəlillərdən aydın olur ki, Quran həqiqətən peyğəmbərin qəlbinə nazil olmuşdur və o, bu ayələrə əsasən vəhy bitənə qədər ayəni qiraətini özünə qadağan etmişdi.

Tədrici nüzul

Beləki dəfi nüzulu Quranın Ramazan ayındakı nüzulu ilə əlaqələndirdikdən sonra, tədrici nüzulla bağlı mətləbləri nəzərdən keçirək. Tədricən belə məna ələ gəlir ki, tarixə nəzər salsaq onun müxtəlif və münasib yerlərdə nazil olduğunu müşahidə edərik. Bununla bağlı ayələrə diqqət edək.

وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلا

Insanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə nazil etdik.  ("İsra" surəsi, ayə-106)

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلا  

Küfr edənlər dedilər:”(Əgər Quranın mənbəyi Allahın elmidirsə onda)nə üçün Quran ona bir yerdə (bütöv halda) nazil olmayıb?”Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və onu yavaş-yavaş, bir-birinin ardınca oxuduq.  ("Fürqan" surəsi, ayə-32)

Bu ayələrdən açıq-aydın olur ki, Quran bir dəfəyə nazil olmayıb. Bu mətləb kafirlərin etirazı kimi əksini tapır. Ümumi bir fikirlə desək, bütövlükdə nüzulla, tədrici nüzulun arasında heç bir ziddiyyət və təzadlı fikirlər mövcud deyil. Onların hər biri öz-özlüyündə onun nazil olma növündən hesab olunur. Gündəlik məsələlərin tələbinə uyğun olaraq, ictimaiyyətdəki hadisələr, müharibə, sülh, və s. bu səbəbdən Qurani-Kərim nazil olub. Quranın bütövlükdə nazil olmasına gəlincə isə bu yalnız onun özünü bütövlükdə tanıtdırmasından bəhs edir.

Tədrici nüzulun sirləri

Nə üçün Quran tədriclə nazil olmuşdur? Kafirlərin etirazı əsasən bu səbəbdən meydana gəlmişdi. Onlar bu iddiada idilər ki, əgər asimani kitab insanların hidayəti üçün nazil olmuşdursa, gərək əvvəldən-axıra onda bütün mənalar da kitab şəklində gəlməli idi. Yəni ondakı əsaslar, qanunlar, hökmlər və s. mövzular yazılıb, cəm olaydı. Həqiqətdə ayələrin fasilə ilə nazil olması hansı səbəbdən idi bu barədə müxtəlif mətləblər mövcuddur, onlardan bəzilərini nəzərdən keçirək.

1) Quran kafirlərin etirazlı sözlərinə cavab olaraq tədriclə nazil olmuşdu.             لَوْلا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَة    buyurur:   كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ   (onu tədriclə nazil etdik və sənin qəlbini möhkəmlətdik)

 Tədrici nüzul ayələri məxsusən ağır, sıxıntılarda Peyğəmbərə (s) arxa idi və onun mübarək qəlbinə qüvvət bəxş edirdi. Şübhəsiz o ayə ki, Peyğəmbərin (s) qəlbini təsəlli edib, ona dözüm, səbr fərmanını verirdi, əgər hamı bir neçə dəfəyə nazil olsaydı həmin ayələrin heç bir təsiri olmazdı. Çünki yolunu azmış insanlar Peyğəmbərin (s) qəlbini incitdikləri vaxt, ona təsəlli olaraq ayə nazil olurdu.

 فَلا يَحْزُنْكَ قَوْلُهُمْ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ 

Onların sözü səni qəmgin etməsin. Çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləri ilə aşkar etdiklərini də bilirik.    ("Yasin" surəsi, ayə-76)

Və yaxud da öz Peyğəmbərini (s) təkzib edən fərdlərin tərəfindən ürək ağrıdan sözlərin müqabilində təskinlik verən ayələr:

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِنْ قَبْلِكَ فَصَبَرُوا عَلَى مَا كُذِّبُوا وَأُوذُوا حَتَّى أَتَاهُمْ نَصْرُنَا وَلا مُبَدِّلَ لِكَلِمَاتِ اللَّهِ وَلَقَدْ جَاءَكَ مِنْ نَبَإِ الْمُرْسَلِينَ   

Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təqzib olundular. Beləliklə onlar edilən təqzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini)  dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır. ("Ənam" surəsi, ayə-34)

Həmiçinin bu ayələr təkrarlandıqca Peyğəmbərin (s) qəlbi möhkəmlənir, aramlıq tapırdı.

2)     وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَى مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلا                         Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.   ("İsra" surəsi, ayə-106)

İslam maarifində məxsusən insanların əməlləri ilə bağlı hər bir fərd üçün hökmlər təyin olunub. Həmçinin insan həyatının səadəti üçün bir sıra fərdi və ictimai qanunlar tərtib olunub ki, hər bir fərdin xoşbəxtliyə çatması bu hökmlərə icra etməklə əmələ gələr. Təbii ki, bütün bunların həyata keçməsi tədrici üslubla mümkündür və bu üslub ən kamil üslubdur ki, dini maarifin ali dərəcələrini tədricən, ahəstə izah edir, o vaxta qədər ki, camaat aramla öz fərdi və ictimai həyatı ilə bağlı uyğunluğu dərk edib özünün kamal mərhələsinə çatır.

3) Tədrici nüzulun sirlərindən biri də Quranın toxunulmamazlığı və onun təhrif olunmamasıdır. Quranın tədrici nüzulu, ayələri rahat hifz etmək üçün hafizlərə imkan yaradır. Bir tərəfdən  Quranın fəsahət, bəlağəti başqa tərəfdən də onun mənalarını mənimsəmək baxımından da bu üslub çox rahat idi.

4) Quranın nazil olan bir çox ayələri kamil surətdə hər hansı bir hadisə ilə bağlı olurdu. Həmçinin zamanla götürsək, görərik ki, bəzən bir ayə bir hadisəyə görə nazil olubsa, onun davamı digər ayədə və ayrı zamanda qeyd olunub. Bu kimi nüzul, “səbəbi nüzul” adlanıb və ya “şəni nüzul” növbəti bəhslərdə ondan söhbət açılacaq.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir 

 

 


 5798, 

Dostların veb səhifələri

15660828
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
956
8276
9232
15493342
135967
160067
15660828

sizin IP ünvanınız: 3.144.227.73
2024-12-23 04:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!