Quran Elmləri

Quran tilavətinin xüsusi saatı varmı?

 
(2 votes)

Quran tilavətinin xüsusi saatı varmı?

 

Quran tilavət etmək çox tövsiyə olunmuş ibadətlərdən biridir. Bu müstəhəb işin məxsusi vaxtları da olur ki, o zaman insan daha çox savab qazana bilir.

"Yasin"i hər zaman oxumaq savab olmasına baxmayaraq, əgər bu mübarək surə qəbristanlıqda oxunsa, qəbr əhlinin əzabı azalar və qari oradakı ölülərin sayı qədər mükafatla mükafatlandırılar.

Quran nə zaman oxunsa savabı çox olar?

Qurani-Kərim hər nə zaman oxunsa savabdır, amma hədislərə görə sübh və axşam oxunması daha çox tövsiyyə olunur. (Vəsailuş-şiə c.4, səh. 849-850)

Ayların ortasında, mübarək Ramazan ayı - “Quranın baharı” kimi tanındığına görə bu ayda çoxlu Quran qiraət etmək müstəhəbdir.

Quran tilavəti hər zaman qiymətlidir. Rəsuli-əkrəmdən (s) nəql olunduğu buyrulur:

افضل العبادة قراءة القرآن

"İbadətlərin ən yaxşısı Quran qiraətidir".

Eyni zamanda bəzi surələrin müəyyən vaxtlarda oxunmasının daha çox savabı vardır. Onlardan bəzilərinə işarə edirik:

Peyğəmbər (s) buyurur: “Hər kim “Fəcr” surəsini Zil-hiccə ayının birinci on gecəsində oxusa mükafatlanar, əgər bu surəni başqa günlərdə oxusa həmin insan Qiyamət günü nur saçacaq”.   (Əl-Kafi, c4, səh.825,“Quran surələrini oxumağın savabı” səh.131)

Yenə buyurulur: “Hər kəs “Həl-Ətə” (“İnsan”) surəsini cümə axşamı oxusa peyğəmbərlə (s) birlikdə olar”.     (Əl-Kafi, c4, səh.825, “Quran surələrini oxumağın savabı” səh.104)

İmam Sadiq (ə) buyurur: “Hər kim yatmadan öncə “Mulk” surəsini oxusa sübhə qədər Allahın himayəsində və Qiyamətə qədər onun amanındadır”.      (Əl-Kafi, c4, səh.825, “Quran surələrini oxumağın savabı” səh.104)

Cümə gecəsi “Cümə” surəsini oxumaq təkid olunmuşdur.    (“Quran surələrini oxumağın savabı” səh.98)

Yatmamışdan qabaq “musəbbihat” surələrini (“Hədid”, “İsra”, “Həşr”, “Saf”, “Cumə”, “Təğabun”, “Əla” surələrini) oxumaq təkid olunmuşdur.     (“Quran surələrini oxumağın savabı” səh.91)

Bunlar xüsusi savabları olan dualardır. Hər kəs nə zaman oxusa Allahla özünün arasında olan dərdinə dəyər və bu o demək deyil ki, gecənin duasını gündüz və gündüzün duası gecə oxumalıdır hər vaxt oxusa savabı vardır.

 

Hədislərdə duanın zamanı

Hədislərdə duanın zamanını dedikdə bunlar göstərilə bilər bəzi dualar vardır ki, onların zaman dəqiqdir. Hansı gündə hansı gecədə olması müəyyəndir. Məsələn “Əhd” duası hər sübh oxunmalıdır, “Nütbə” duası cümə günlərinin sübhündə oxunar və ya “Ali-Yasin” ziyarəti cümə gününün əsrində oxunar və s.

Bəzi dualar da vardır ki, müəyyən əmələ bağlıdır. Məsələn, namazlardan sonra oxunan dualar, namazlardan sonra olan təqibatlar, ya Rəcəb ayında həmin günlərin duaları və ya həmin günlərdə olan namazlardan sonra oxunan dualar.

Bəzi dualar da məxsusi gündə və ya günlərdə oxunur. Məsələn, cümə günündə ya da hər gün oxunan dua.

Quran tilavətində ən yaxşı dua və munacatdır.

 

Hədislərdə ən fəzilətli dua:

Fəzalət Müaviyyə bin Əmmardan gələn rəvayətlərdə (və ya Fəzalət bin Müaviyyə bin Əmmar) deyilir: "imam Sadiqə (ə) dedim: -İki nəfər bir anda namaza başlasa biri namazda Quran oxuyur və onun qiraəti duasından daha çoxdur, o birinin isə duası Quran tilavətindən çoxdur. İkisi də eyni vaxta namazı bitirsə hansının əməli daha fəzilətli və yaxşıdır?"

Həzrət (ə) buyurdu: - "Hər ikisi fəzilətlidir və hər ikisi gözəldir".

Dedim: - Hər ikisinin fəzilətli və gözəl olduğunu bilirəm bəs hansı daha yaxşıdır?

Həzrət buyurdu: - “Dua daha yaxşıdır. Allah-Taalanın göstərişini eşitməmisən ki, buyurur:

 

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!   ("Ğafir" surəsi, ayə-60)

- And olsun Allaha ibadətdən məqsəd duadır, and olsun Allaha o fəzilətlidir. Bəyən dua ibadət deyil?”

Həzrət iki dəfə buyurdu: “And olsun Allaha ibadət həmin duadır.”

Sonra buyurdu: - “Bəyən dua ən güclü ibadət deyil?!”

Sonra yenə iki dəfə and içdi: “And olsun Allaha dua ən möhkəm ibadətdir”.

Başqa rəvayət imam Baqirdən (ə) gəlmişdir. Soruşdular iki namazdan hansı daha fəzilətlidir, daha çox Quran oxumaq ya ruku və səcdələrini uzatmaq?

Həzrət (ə) buyurdu: “Ruku və səcdələri çoxaldın. Məgər Allahın kəlamını eşitməmisiniz ki, buyurur:

 

فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ

 “Elə isə ondan (Qur’andan) sizə müyəssər olanı oxuyun, namaz qılın...” مسلّما - Allahın məqsədi daha çox namaz qılmaq və ruku səcdələri uzatmaqdır.” ("Muzəmmil" surəsi, ayə-20)

 

Ravi deyir ərz elədim: -“İkisindən hansı daha əfzəldir, qiraətin çoxluğu ya duanın çoxluğu?”

Həzrət buyurdu: -“Duanın çoxluğu. Bəyəm eşitməmisən Allah-Taala buyurur:

 

قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا 

(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?!...”  ("Furqan" surəsi,  ayə-77)

 

 

Müəlliflik Hüququ Əbədi-Nur Müəssisəsinə aiddir

 

 

 


 6351, 

Dostların veb səhifələri

15659515
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7919
7422
55062
15456216
134654
160067
15659515

sizin IP ünvanınız: 13.59.69.58
2024-12-22 22:49

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!