Quran Elmləri

Təfsir

 
(2 votes)

Təfsir

 

Quran elmlərinin mühüm mövzularından biri də müqəddəs Quranın “təfsir”indən ibarətdir. Allah-Təala bu müqəddəs kitabda buyurur:

 

بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

“Sənə dəQuranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”   (“Nəhl” surəsi, ayə-44)

 

Qeyd olunmuş ayədən bir çox nəticələr əldə etmək olar. O cümlədən;

1. Qurani-kərimin bütün ayələri hamı üçün tam aydın mənaya malik deyil. Bu da həmin müqəddəs kitabda əsasən külliyatdan söz açılmadığı və xırdalıqlara girməməsindən irəli gəlir.

2. İslam Peyğəmbəri (s) ilk növbədə bu xırdalıqları açıqlamaq və ümumiyyətlə, Quran ayələrini təfsir və izah etmək vəzifəsini daşıyır. Buna görə O həzrəti (s) ən böyük və üstün müfəssir adlandırmaq olar.

 

        “Təfsir” - ifadəsi ərəb sözü olub, lüğətdə “izah etmək”, “açıqlamaq”, “müəyyən bir şeyin üzərindən pərdəni götürmək”“aydınlıq vermək” mənalarına malikdir.

Quran elmləri terminalogiyasına əsasən, “təfsir” dedikdə, Qurani-Kərimdə mövcud olan bir sıra çətin mənalı ifadələri elm və dəlil əsasında açıqlamaq və umumiyyətlə, Allah-təalanın buyurduğu sözlərin mənasını müəyyən elmi çərçivədə aydınlaşdırmaq, izah etmək nəzərdə tutulur. Təbiidir ki, bu yolda Quran ayəsinin nazil olma səbəbi, ayədə işlənmiş sözlərin mənası, onun yetirdiyi ümumi və xüsusi mənalar və s. bu kimi mövzulardan söz açılmalı və beləliklə də Allah-taalanın məqsədi açıqlanmalıdır.

Əllamə Mərifət bu barədə yazır:

     “TƏFSİR” MƏQSƏDDƏ OLAN MƏNA İFADƏSİ ÇƏTİNLİYİ VƏ QARANLIĞINI SÖZDƏN APARMAQ VƏ GÖTÜRMƏYƏ DEYİLİR.”

 

Bunu da qeyd edək ki, Qurani-Kərim təfsiri ilə məşğul olan alimlər “müfəssir” və ya “təfsirçi” adlanırlar.

Qurani-Kərimdə təfsir hökmləri

 

Müqəddəs kitabımız Qurani-Kərimin təfsir edilməsinin aşağıda təqdim edilən üç hökmü vardır:

 

  1. Vacib;

İslam dini və müsəlmanları zəiflətmək və gözdən salmaq məqsədi ilə İslam düşmənləri xüsusilə də bir sıra missioner təşkilatları tərəfindən Quran ayələrinin yanlış və uydurma dəlillər əsasında təfsir edildiyi bir zamanda müəyyən şərtlərə malik olan səlahiyyətli alimlərin Quran təfsiri ilə məşğul olması vacib və zəruridir.

 

  1. Haram;

Quran ayələrinin şəxsi fikir və rəy (“təfsir be rəy”)əsasında və səlahiyyətsiz şəxslər tərəfindən təfsir edilməsi haram və qadağandır.

 

  1. Caiz;

Qurani-Kərimin yuxarıda qeyd olunmuş vacib və haram hallarından başqa səlahiyyətli alimlər tərəfindən təfsir edilməsi isə caiz sayılır.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 

 


 5324, 

Dostların veb səhifələri

15659115
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7519
7422
54662
15456216
134254
160067
15659115

sizin IP ünvanınız: 18.116.13.192
2024-12-22 22:08

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!