Quran Elmləri

Quran məxluqdur?

 

Quran məxluqdur?

 

Quranın məxluq olması ilk dəfə Əbbasi süləlasinin (750-1258) xəlifələrindən olan və İmam Rzanın (ə) (763-818) qatili Məmunun (786-833) ölümündən 4 ay öncə (xəlifəliyi: 813-833) bu şübhə ortaya atıldı. Bildiyimiz kimi Məmun bir çox elmlərdə savadlı idi. O, elmə çox üstünlük verərdi. Hətta xarici elmi kitablarıda tərcümə etdirirdi.

Sual: Allahın kəlmələri (danışması) və Quran, sonradan yaranandı (hadis) ya əvvəldən (qədim) var idi?

Cavab: Allahın kəlamı “sonradan yaranandır”. (hadis) Qədim deyil.

İzah: Bu mövzu əsasən “kəlam” (sxolastika) elminə aiddir. Kəlam elminində bu adla adlanmasının səbəbi budur. Çünki müsəlmanlar “Allahın necə danışması” barədə müzakirələr edirdilər. Aralarında fikir ayrılığı yaranırdı. Fikir ayrılığının yaranması, məzhəblərin yaranmasına yol açdı. Düşünürdülər ki, insanın danışması üçün dil, səs telləri və nəfəs lazımdı. Allah insan kimi deyilsə, bəs necə danışır?

Mövzumuz Allahın necə danışması deyil. Çünki o, kəlam elminə aid xüsusi bir mövzudur ki, mövzumuzdan kənara çıxmamaq üçün o haqda söz açmayacağıq. İmamiyyə şiələrinin (12 imamçı) nəzərinə əsasən, quran məxluq deyil. Sonradan yaranandı. (hadis) Ədəbə riayət etmək baxımından, qurana məxluq deməmək daha münasibdir. Çünki məxluq sözü bəzən əsl öz mənasında olmur. Allahın kəlamı (səsi, danışığı) feli sifətlərdəndir. (Məs: Allah danışmağı bacarır. Bu zati sifətdir. Danışması isə yəni həyata keçirməsi, feli sifətdir. Yaxud; İnsanın qülməyi bacarması, zatıdir. Şərait yarananda isə gülməsi, felidir) Allahın danışması o deməkdir ki, səs və hərfləri bir yerdə yaratmaqla, qəlbi ilhamla, fəzada səs dalğalarını yaratmaqla danışır. Necə ki, Allah ağacda səs və hərfləri yaratmaqla Musa peyğəmbərlə danışdı. (Nisa surəsi ayə 164) İmamiyyə şiələrinin nəzərinə əsasən, quran ayələri hərf və kəlmələrdən ibarətdir ki, bəzən söz və bəzəndə yazı formasında olur. Quran löhvi-məhfuzda (mənasi: “Qorunmuş lövhə”. Dünyanın əvvəlindən sonuna qədər hər bir məsələnin, hadisələrin qeyd olunduğu yer. Lövhənin nədən olması məlum deyil) uca məqama malik mütləq bir həqiqətdir. Orada söz və ifadə anlayışı yoxdur. Orada quran, əlimizdəki kimi deyil. Bəşərin hidayəti üçün, insanların dərk edəcəyi formada (hərflər, kəlmələr) göndərilmişdir.

Hamımız bilirik ki, yalnız Allah xaliqdir (yaradan). Hər bir şey isə məxluqdur. Bu o demək deyil ki, quran məxluq deyilsə deməli xaliqdir. Xeyr! Yuxarıda qeyd edildiyi kimi, ədəbə riayət etmək baxımından, qurana məxluq deməmək daha münasibdir. Yaxşıdır ki, məxluq sözünü quran barəsində istifadə edilməsin. Çünki, məxluq sözu bəzən tam başqa bir mənada işlənir. Buda quranın müqəddəsliyinə ziddir. “Məxluq” sözü bəzən elə yerdə işlədilir ki, əsl mənasında (yaranmış) olmur. Məs: “Sad” surəsinin 7-ci ayəsində, kafirlər qurana “məxluq” dedi. O ayədə “məxluq“ sözünün mənası, “uydurma” kimi tərcümə edilmişdir. Yəni quran uydurma və yalandır. Heç kim deyə bilməz ki, kafirlərin “məxluq” sözündən məqsədi, əsl öz mənası olan “yaranmış” deməkdir. Xeyr! Çünki, quranı “yaranan” ünvanında qəbul edən, deməli onun yaradanınıda (Allah) qəbul edir. Qəbul edibsə, kafir niyə olur? Amma quran onları kafir ünvanında qeyd edib. Təbii ki, kafir quranı yalan və uydurma sayar.

Yaxud “Ənkəbut” surəsinin 17-ci ayəsində, Allahdan başqasına ibadət edənlər, “yalan uyduranlar” ünvanında tanıtdırılıb. Hər iki ayədə “məxluq” kəlməsinin kökü olan, “x-l-q” hərfləri işlədilmişdir. Deməli bu iki ayədə məxluq sözü, “uydurma söz yaratmaq” mənasındadır. Kafirlər qurana məxluq (uydurma) deyirsə, bizim də qurana məxluq deməyimiz yaxşı iş sayılmır. Baxmayaraq ki, bizim niyyətimiz o deyil. Amma deməməyimiz daha məsləhətdir. Quranın heç bir yerində “məxluq” sözündən məqsəd, quran olaraq bildirilməyib. “Xaliq” (yaradan) və “məxluq” (yaranmış) kəlmələri quranda iki mənada işlənmişdir:

1) ”Allahın yaratdığı”. (yer, göy, gecə, gündüz, kişi, qadın, və s... . Bəqərə 164, rum 21 və s...)

2) ”Qəsidə yaratdı” və ya “hədis yaratdı”. Burada “uydurma” ehtimalı olur. (Sad surəsi, ayə 7. Ənkəbut surəsi, ayə 17)

Ayələrdə də Allahın kəlamını “sonradan gələn” (hadis) göstərilib:

1) ”Allahdan onlara elə bir “yeni zikr” (xatırlatma) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər”. (Ənbiyasurəsi, ayə 2)

2) ”Onlara rəhmandan elə bir öyüd gəlməz ki, ondan üz döndərməsinlər”. (Şuəra surəsi, ayə 5)

Nəticə: Quran hadisdir. Qədim deyil. Çünki qədim olan yalnız Allahdı. Quran məxluq olmasına baxmayaraq, məxluq sözünün başqa mənası (uydurma) olduğu üçün, ədəb ünvanında qurana məxluq deyilməsin. Hadis (sonradan olan) deyilsin. Hədislərdə də qurana məxluq söze deyilməyib. (Tovhid. Şeyx Səduq. Quran nədir bölməsi, Usul kafi. Dördüncü çap, qəməri ili 1407, cild 1, səhifə 107)

Allahın kəlamı barədə məzhəblər arasında fikir ayrılığı və elmi bəhsləri var. Mövzunun uzanmaması üçün onu qeyd etmirik. Əgər quran, quranın kəlmələri yaxud Cəbrailin peyğəmbərə (s) gətirdiyi kəlmələrdirsə, hadisdir. Allahın elminin olması başqa, onu danışması başqa. Elmin olması qədim, danışması isə hadisdir.

Hazırladı: Muhəmməd Nicat

İlahiyyatçı, islamşünas, aykido müəllimi 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Aiddir


 5238, 

Dostların veb səhifələri

15659103
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7507
7422
54650
15456216
134242
160067
15659103

sizin IP ünvanınız: 3.141.192.174
2024-12-22 22:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!