Quran Elmləri

Quranın tarixi

“Quranın tarixi”

“Quranın tarixi” dedikdə, Quranın nazil olduğu müddət ərzində nüzulla əlaqədar baş verən hadisələr: Quranın yığılması, yazılması və s. məsələlər nəzərdə tutulur. Bu bəhslər bizi Quranın tarixi hadisələri ilə tanış etdiyi üçün “Quranın tarixi” adlanır.

“Quranın tarixi” terminini alman şərqşünası Teodor Nuldak işlətmişdir. O, öz doktorluq dissertasiyasını bu işə həsr etmiş, ondan sonra tələbə və həmkarları onun bu əsərini kitab halında çap etdirmişlər. “Quranın tarixi” mövzusunda ikinci əsəri isə şiə alimi Əbu Abdullah Zəncani yazmışdır.

Quran ən mühüm və ən ali səmavi kitab olduğu üçün onun tarixi ilə tanışlığın xüsusi əhəmiyyəti var. Həmçinin, Qurani-kərimi düzgün başa düşmək üçün surələrin məkki və ya mədəni olması, ayələrin oxunuşu və s. kimi müqəddimələrə ehtiyac duyulur ki, təfsirçilər təfsir zamanı bunlarsız keçinə bilməz.   

Quranın nazil olması

“Nüzul”  lüğətdə “bir şeyin və ya bir kəsin yuxarıdan aşağı enməsi” mənasındadır. Məs: bir şəxsin atdan və ya hər hansı bir nəqliyyatdan düşməsi kimi. Allah-təala gəmidən düşərkən Nuha (ə) buyurur:

وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ

“De: İlahi! Məni mubarək bir məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan” (“Muminun” surəsi, ayə 29).

Bu kəlmə ərəb dilində həqiqi, məs: “yağışın yağması”, məcazi, məs: “bir şəxsin ali dərəcədən aşağı dərəcəyə enməsi (hörmətdən düşməsi)” kimi, mənalarda işlənir. Quranın nazil olması dedikdə, məkani və həqiqi nüzul nəzərdə tutulmur. Çünki nazil edən Allahdır və Quran onun elmindədir. Allahın zati isə hər bir maddi xüsusiyyətdən uzaqdır. Həmçinin, məcazi mənada da deyil. Çünki bu səmavi kitabın Allah tərəfindən nazil edilməsi onun dəyər və əzəmətinin azalmasına səbəb olmaz.

Burada “nüzul”da (“nazil olma” da) məqsəd “mənəvi nüzul”dur. Bu mənada ki, Quran bir sıra həqiqət və dərəcələr malikdir. O dərəcələrdən biri insanların əlindən uzaq olan “Lövhi-Məhfuz” və “Ummul kitab”dır. Qurani-kərim bu dərəcəyə işarə edərək buyurur:

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

“Həqiqətən bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir” (“Zuxruf” surəsi, ayə 4)

إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

“Həqiqətən, Biz onu ərəbcə bir Quran (oxunan və ərəb dilində olan kəlmələr) şəkilində nazil etdik ki, bəlkə düşünəsiz və ağılla dərk edəsiniz” (“Yusif” surəsi, ayə 2)

Qurani-kərimin nazil olması Peyğəmbərin (s) besəti ilə birbaşa bağlı olduğu üçün qısa da olsa, həzrətin (s) besətinə nəzər salaq.

 

Vəhyin nazil olmasının başlanması

Həzrət Muhəmməd (s) 40 yaşında olarkən rəcəb ayının 27-də Məkkə şəhərində peyğəmbərliyə seçildi. Onun risaləti Quranın nazil olması ilə başladı. Mühəqqiq və alimlər arasında Peyğəmbərin (s) besət tarixi haqqında ixtilaf var ki, bəziləri onu Şəbanın 15, bəziləri onu Rəbiul-əvvəlin 12-si və ya 13-ü, Ramazanın 17-də baş verdiyini iddia edirlər. 

İmam Sadiq (ə) bu haqda buyurur: “Rəcəb ayının 27-ci günü Allahın Rəsuluna (s) nübuvvət nazil oldu. Bu gündə oruc tutmaq 60 ay oruc tutmağa bərabərdir”.

Bu hədisi əhli-sünnənin alimləri də öz kitablarında Əbu Zureyrədən nəql etmişlər.

Quranın mübarək Ramazan ayında “Qədr gecəsi”ndə nazil olmasında şübhə yoxdur. Əgər Quranın nazil olması besətlə başlayırsa və besət Rəcəb ayının 27-də baş veribsə, necə ola bilər ki, Quran ramazan ayında nazil olsun.

Əllamə Təbatəbai bu haqda buyurur: “Quran geniş bir həqiqətdir. Bu geniş həqiqət bir dəfə “Lövhi-Məhfuz”da bütünlüklə Peyğəmbərin (s) ruhuna nazil olmuşdur. Növbəti dəfə isə bu həqiqətlər söz və ayə şəkilində insanların suallarına, ehtiyaclarına cavab olaraq risalət müddətində o həzrətə (s) nazil olmuşdur ki, onu insanlara çatdırsın. Bəzi ayələrdən aydın olur ki, Peyğəmbər (s) ayələrin tədricən nazil olmasından əvvəl onlardan xəbərdar idi”.

لا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ

“Quran nazil olan zaman onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə” (“Qiyamət” surəsi, ayə 16).

إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ

“Şübhəsiz, onu cəm etmək və (sənə) oxumaq Bizim öhdəmizdədir” (“Qiyamət” surəsi, ayə 17).

وَلا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا

“Quranın sənə vəhy edilməsi sona çatmamışdan öncə on(un mənimsənilməsi və oxunmasın)da tələsmə...” (“Ta-ha” surəsi, ayə 114)

Beləliklə, aydın olur ki, Quran iki dəfə nazil olub. Birinci dəfə mübarək Ramazan ayında bir dəfəyə, bütövlüklə, ikinci dəfə isə Rəcəb ayının 27-i Peyğəmbərin (s) besətindən başlayaraq 23 il ərzində tədricən nazil olub.

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

“Şübhəsiz, Biz Quranı Qədr gecəsində nazil etdik” (“Qədr” surəsi, ayə 1).

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ

 “Ramazan ayı Quranın nazil olduğu aydır” (“Bəqərə” surəsi, ayə 185).

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 8910, 

Dostların veb səhifələri

15659502
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7906
7422
55049
15456216
134641
160067
15659502

sizin IP ünvanınız: 3.129.73.6
2024-12-22 22:48

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!