Quran Elmləri

Peyğəmbərin (s) zamanında Quranın toplanması - Hifz mərhələsi

 
(0 votes)

Quranda hifz mərhələsi

Ərəblərin hifz etmə qabiliyyəti kamal həddində idi. Onlar hafizə baxımından öz zamanlarında tanınmışdılar. Quran özünün bəyanı, mənasında qeyri-adilik vardı, həm də ən gözəl söz idi ki, insanların zehninə daxil olurdu. Məkkədə ilk ayə və surələr qafiyəli və vəznli idi. Peyğəmbər öz köməkçilərini Quranı əzbərləməyə təşviq edirdi. Risalətin əvvəlindən yazı ilə məşğul olanlar az idi və çox savadlı adamların da sayı az idi. Vəhyi yazan və yazı alətləri də. Odur ki, hafizlər öz hafizələrindən istifadə etdilər və bu müqəddəs ayələri əzbərlədilər.

Quranın yazılma mərhələsi (Rəsulallahın zamanında)

Peyğəmbərin dövründə Quranın yazılmasınının əhəmiyyəti aydın idi. Quranı qorumaq üçün təkcə hifz kifayət deyildi. Baxmayaraq ki, vəhyi yazanlar az idi, Məkkədə 17 nəfər idi. Peyğəmbər onları yazmağa şövq edirdi ki, Quran qorunsun. Hər vaxt ayə nazil olanda Peyğəmbər onları çağırırdı və ayəni onlara yazdırırdı.

Vəhyi yazanların sayında ixtilaflar vardır. Bəziləri 20, 22, 13, 18, 5 nəfər qeyd ediblər. Lakin axırıncı 5 nəfərin vəhyi yazmasında ixtilaf yoxdur, alimlərin fikri eynidir və 5 nəfər bunlardır.

Əli ibn Əbutalib, Məaz ibn Cəbəl, Ubbi ibn Kəb, Zeyd ibn Sabit, Əbdullah ibn Məsud.

Yazı alətləri

Quran nazil olan dövrdə yazı alətləri çox sadə idi. Ərəblər kağızı qədim zamanlardan tanıyırdılar. O vaxtlar kağız Hindistanda olurdu və ordan Yəmənə göndərirdilər. Ticarət karvanları oradan da yay və qış vaxtı Şama və Şamdan da Ruma göndərirdilər. Ərəblərdə Rumdan onu alırdılar. Ərəbistan o vaxt cənub və şimalda ticarət vasitəsi idi. Bundan əlavə üzərində yazı yazmaq mümkün olan digər şeyləri də istifadə edirdilər ki, bu yazılar nəyəsə həkk olsun.

  1. Kiçik daş idi ki, onun nazik və yastı hissəsinə yazırdılar.
  2. Ağacın dərisi, qabığı, kağıza bənzər yarpağı.
  3. Aşılanmış heyvan dərisinin tikələri
  4. Dəvə və ya qoyunun sümüyü
  5. Xurma çubuqlarını dərirdilər, onun yarpağını təmizləyirdilər və bir hissəsinə içinə yazırdılar
  6. Dəvənin arxasına qoyulan taxta oturacaq
  7. Heyvanın qabırğasının yastı yeri
  8. Kağız
  9. Digər taxta növü

1- Quran ayələrini yazılara kim nəzarət edirdi?

Katiblər və yazıçılar, vəhyi yazanlar hər surəni Bismillahla başlayırdılar, onun nazil olma tərtibi və Peyğəmbərin qanunu, göstərişi ilə yazırdılar. Həqiqətən də Peyğəmbəri Əşrəfin nəzəri altında olan ayələr tənzimli idi və heç bir vəhy katibi ona başqa bir şey əlavə etmirdi. Çünki burada Peyğəmbərin xüsusi nəzəri vardı. Ayələrin bu cür tənzimlənməsi və düzülüşü, bağlılığı Qurandan surə təşkil edirdi və bu surələrin müəyyən xüsusiyyətlərindən onun yazılma və cəm edilməsində xüsusi nəzərin olması aydın idi.

Peyğəmbərin göstərişi ilə vəhyi yazma öhdəsində olan katiblər ayələri bir-birinin ardıyca nizamla yazırdılar və Bizmillah nazil olanda burdan bilirdilər ki, əvvəlki surə sona yetmişdir və sonrakı surənin başlanğıcıdır. İmam Sadiq (ə): “Hər surənin sonunda Bismillah digərinin başlanmasında bir vasitədir, bununla tanınmışdır”.

İbni Abbas deyir: “Bismillahın nazil olması ilə aydın oludu ki, əvvəlki surə sona yetmişdir və digəri başlamışdır”.

Məkkə ayələri Məkkə surələrində Mədinə ayələri isə Mədinə surələrində yerləşdirilirdi. Bəzən elə olurdu ki, o surələr ki, hissə-hissə nazil olurdu (ayələri tikə-tikə) onu uzun müddətə bərpa edirdilər.

2- Hissə-hissə nazil olan ayələri bir surə tərkibində necə yerləşdirirdilər?

Nazil olan ayələrin yazılmasının necəliyi 3 cürdür:

1- Nazil olma axarı ilə,

2- Toqifi (Peyğəmbərin göstərişi ilə),

3- İctihadi

Əvvəlki mətləblərdən öyrəndik ki, Quranın fəslinə bağlı olan növlərindən məlum oldu ki, bu ünvanlardan biri olan Quranın adlarından olan mütaşabe adıdır. Yəni elə bir kitabdır ki, ayələri bir-birinə həmahəngdir və kamildir.

Tarixi sənədlərə əsasən, o ayələr ki, hissə-hissə nazil olurdu vəhyi yazanlar onu cəm edib surəni sona çatdırırdılar. Bəzən digər nazil olan ayəni Peyğəmbərin göstərişinə əsasən bitmiş bir surənin daxilinə yerləşdirirdilər və ayələrin bu cür tənzimlənməsi Peyğəmbərin məsləhəti ilə olurdu. Ayələr ona uyğun olan surələrdə yerləşdirilirdi. Və hər bir ayəni ona uyğun surədə yerləşdirmək yalnız Peyğəmbərin (s) rəyi əsasında idi.

Ayələrin tərtibi toqifidir yoxsa ictihadi?

Quranda surə daxilində olan ayələrin tənzimi Peyğəmbərin göstərişi ilə olubdur? (toqifi, yoxsa ictihadi). Yoxsa səhabələrin rəyi ilə olubdur?

Cavab: Bu barədə müxtəlif nəzərlər vardır.

Bir çox təfsirçilər ayələrin tənziminin toqifi olmasını təsdiq ediblər.

Mətn və rəvayətlərdən ayələrin tərtibinin toqifi olması haqda bir çox dəlillər vardır ki, onlara şəkk-şübhə yoxdur.

Alimlərin nəzəri

Quranın yığılmasında səhabələrin rolu vardır. Amma ayələrin tənzimlənməsində onların rolu yoxdur. O Mushəflər ki, Peyğəmbərin rehlətindən əvvəl və sonra yazıblar, onlar arasında ixtilaf yoxdur. Mushəflər arasında olan ixtilaflar əsasən surələrin tərtibindədir və surələrin sayındadır. Şübhəsiz ki, əgər Peyğəmbərin vəfatından sonra ayələrin tənzimində səhabələrin iştirakı olubsa, onda səhabələr arasında geniş ixtilaf yaranardı.

Həmçinin, bir çox hafizlər Peyğəmbərin zamanında Quranı hifz etmişdilər və davamlı surətdə qiraət etmişdilər. Əgər həmin hafizlər dəyişiklik görsəydilər etiraz edərdilər.

Quranın ecazkarlığının mühüm hissəsi ayələrin nəzdində gizlənib. Sözlərin cümlə tərkibində rolu var. Əgər onların yeri dəyişsə, öz məqsədini itirər. Ayələrdə əgər nəzm bir-birinə dəysə, məna dəyişər. Şübhəsiz ki, kəlmələrin nəzmi bir ayə daxilində nə rolu ifadə edirlərsə, həmin ayələr də surə daxilində o rolu ifadə edir. Ayələrin hər cür yerini dəyişməsi açıq-aşkar uyğunsuzluq göstərərdi və ahəng pozulardı. Quran hafizləri bunu hamıdan yaxşı hiss edərdilər. Odur ki, çox deyil, az miqdarda dəyişə bilər. Və bir neçə ayə var ki, onların tənzimi dəyişib.

Quranda çoxlu ayələr toqifidir. Yalnız onların cüzi hissəsində tənzim, tərtib o yan bu yan olmuşdur. Bəziləri toqifi deyil.

Quran hafizləri

Quran hafizlərinin sayı səhabələr arasında çox idi. Hicrətin 4-cü ili Səfər ayında Beru-Məune hadisəsi baş verdi ki, səhabələrdən 40-70 nəfər qətlə yetirildi. Peyğəmbərin rehlətindən bir il keçmiş Yəmamə hadisəsi qarşıya çıxdı. Müsəlmanlardan 1000 və ya 1200 nəfər öldürüldü ki, onların arasında 70 nəfər hafizi Quran idilər.

Doktor Ramyar Quran hafizlərini saydıqdan sonra 2 dəstədən, mühacir və ənsardan, Peyğəmbərin həmsərlərindən də deyir:

Bu tərtiblə belə dəlil ələ gəlir ki, Peyğəmbərin əsrində Quran hafizlərindən 37 nəfər olub. Çoxu qarilərdən olmuşlar ki, onların qiraətləri bizə gəlib çatmamışdır və yaddan çıxmışdır.

Quran hafizlərinin ən məşhurları tanınmışlar bu şəxslərdir: Əli ibn Əbutalib, Abdullah ibn Məsud, Ubbi ibn Kəəb, Zeyd ibn Sabit, Osman, Məaz ibn Cəbəl, Əbuzər və s. (7-nəfər)

 

Muhəmməd Hadi Mərifəti “Ulumul-Quran”

İbni Kəsir “Tarixul-Bidayə vən-nihayə”

İbni Cəzir “Ən-nəşr”, c.1, s-39

Hazırladı: İlahiyyatçı, Sara Əmirzadə

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Məxsusdur


 139, 

Dostların veb səhifələri

15657066
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5470
7422
52613
15456216
132205
160067
15657066

sizin IP ünvanınız: 3.128.168.219
2024-12-22 17:22

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!